Uşaqlar üçün müvəqqəti bağça
Tarix: 25.11.2017 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Bakıda saatlıq və günlük bağça fəaliyyətə başlayıb. İki ay yarın əvvəl açılan bağçanı Səbinə Səfərova öz həyat yoldaşı ilə birlikdə yaradıb. Toya, məclisə, yaxud hansısa mərasimə gedən valideynlər bəzən uşaqları hara qoymaq, kimə tapşırmaq barədə çox düşünməli olurlar. Eləcə də bir neçə günlüyə rayona və ya istirahətə gedəndə də həmin sual yenidən gündəmə gəlir.
AZƏRTAC xəbər verir ki, yeni açılan bağça valideynlərin həmin qayğısını yüngülləşdirməyə xidmət edir. Valideynlər onlayn kamera vasitəsilə bağçada uşaqları izləyə də bilərlər. Kameralar yataq və oyun otağında, həm də mətbəxdə quraşdırılıb. Müvəqqəti bağçada 3 aylıq körpədən 10 yaşadək uşaqlara xidmət göstərilir.
Bağça rəhbərinin dediyinə görə, müvəqqəti bağçada ekoloji cəhətdən təmiz və sağlam qidalar verilsə də, uşaq üçün öz anasının hazırladığı yeməyin dadı tamamilə başqadır. Ona görə də valideynlər özləri ilə bağçaya uşaqları üçün qida da gətirə bilərlər.
Məktəbyaşlı uşaqların burada dərslərini hazırlamaq və bağçanın kitabxanasından istifadə etmək imkanları var.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info