Dəniz nəqliyyatı ilə bu ilin yanvar-oktyabr aylarında daşınmış yüklərin həcmi 6684,3 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 46,1 faiz artıb. Yüklərin 49,3 faizini neft yükləri təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, dəniz limanlarında 8666,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin 95,6 faizini tranzit yüklər təşkil edib. Cari il noyabr ayının 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 194,6 min ton idxal yükləri olub.
Hesabat dövrü ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,9 min nəfər təşkil edib.
Mahmud
|