“Azərişıq – Azərbaycan paylayıcı elektrik şəbəkələri” mövzusunda ikigünlük seminar keçirilib
Tarix: 27.11.2017 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


Noyabrın 25-i və 26-da “Azərişıq” ASC-nin Tədris Mərkəzində kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün “Azərişıq – Azərbaycan paylayıcı elektrik şəbəkələri” mövzusunda ikigünlük seminar keçirilib. Seminarın keçirilməsində əsas məqsəd respublikanın sosial-iqtisadi inkişafında aparıcı rol oynayan “Azərişıq” ASC-nin fəaliyyəti və onun həyata keçirdiyi işlər - paylayıcı elektrik şəbəkələri, mövcud yarımstansiyalar, elektrik verilişi xətləri, perspektiv inkişaf və s. haqda KİV nümayəndələrini ətraflı məlumatlandırmaqdır.
“Azərşıq” ASC-nin İnsan Resursları Departamentinin direktoru Xalid Təhməzov KİV-in ölkəmizin həyatında xüsusi rolunu vurğulayıb, KİV nümayəndələri ilə "Azərişıq" ASC-nin əlaqələrinin əhəmiyyətindən danışıb. Bildirib ki, "Azərişıq" daim mətbuatla münasibətlərini şəffaf qurub, bu tədbir də növbəti belə layihələrdən biridir. Məqsəd elektroenergetikadan yazan KİV nümayəndələrinə "Azərişıq" haqda, onun fəaliyyət spesifikası mövzusunda daha ətraflı və xüsusi bir formatda bilgi verməkdir. Eyni zamanda, dövlət təşkilatlarının fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılmasının KİV-in mühüm vəzifələrindən hesab olunduğunu bildirib və seminarın məhz mətbuat nümayəndələrinin fəaliyyətinə böyük kömək göstərəcəyini qeyd edib.
Seminarda “Azərşıq” ASC-nin əməkdaşları mətbuat nümayəndələrinə elektroenergetika sisteminin tərkib hissəsi olan paylayıcı şəbəkə, yarımstansiyalar avadanlıqlar, elektrik verilişi xətləri haqda məlumat verib, ASC-nin perspektiv fəaliyyətindən danışıblar.
Mətbuat nümayəndələri Tədris Mərkəzində Azərbaycan elektroenergetikasının tarixi haqda müəyyən bilgilər aldıqdan sonra Binəqədi rayonunda yerləşən 1914-cü ildə tikilmiş, 2009-cu ildə bazasında yaradılmış “Yarımstansiya-Muzey”ə ekskursiya ediblər.
Seminarın ikinci günü məruzəçilər tərəfindən elektrik enerjisinin uçotunun qurulması və istehlakına nəzarət, elektrik sayğacları, smart-sistemlər, paylayıcı qurğular və sair haqda KİV nümayəndələrinə məlumat verilib, günün sonunda “Azərşıq” ASC-nin 110 kilovoltluq yarımstansiyalarından biri olan MDB məkanında eleqaz izolyasiyalı avadanlıqları ilə yaradılmış ilk qapalı “İçərişəhər” yarımstansiyasına ekskursiya təşkil olunub. İştirakçılara sertifikatlar təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info