Alpaqut Turan Döyüş Sənəti üzrə Dünya kuboku keçirilib
Tarix: 27.11.2017 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


Noyabrın 25-də Sərhədçi Olimpiya İdman Kompleksində Alpaqut Turan Döyüş Sənəti üzrə Dünya kuboku keçirilib. Qeyd edək ki, yarış Azərbaycan Gənclər və İdman Nazirliyi, eləcədə Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası tərəfindən təsdiq edilərək razılaşdırılmışdır. 
Yarışı Dünya Alpaqut Federasiyası və Azərbaycan Alpaqut Federasiyası tərəfindən yaradılmış təşkilat komitəsi həyata keçirib. Yarışda Azərbaycan başda olmaqla, Almaniya, Türkiyə, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, İran, Gürcüstan, Rusiya, Macarıstan, Nepal, Hindistan, Pakistan, Banqladeş, Ukrayna komandaları iştirak edib. Yarışın açılış mərasimində dövlət rəsmiləri, tanınmış ictimai və idman xadimləri, idman ustaları və s. qonaqlar iştirak ediblər. 
Alpaqut döyüş sənətinin müəllifi, Dünya Alpaqut Federasiyasının İdarə Heyətinin sədri Kutsan Vasif Namazov qonaqları salamlayaraq, Alpaqut Turan döyüş sənətinin inkişafından, tarixindən və gələcəyindən bəhs edib, bu idman növü haqqında fikirlərini çatdırıb. Vasif Namazov yarışı açıq elan edib. 
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
Dövlət himnindən sonra söz növbəti çıxışçılara verilib. Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının prezidenti Azər Həsənsoy bu kimi yarışların Azərbaycanda keçirilməsini ölkə idmanının növbəti uğuru olaraq qiymətləndirib və Alpaqut döyüş növünə artan maraqdan bəhs edib. 
Çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbəri Rafiq Abbasov Azərbaycanda dövlət tərəfindən idmana göstərilən diqqət və qayğıdan bəhs edərək, Alpaqut idman növünün də inkişafının məhz bu qayğı nəticəsində reallaşdığını vurğulayıb.
Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov isə çıxışında qeyd edib ki, ölkəmizdə idmanın inkişafı və tərəqqisi istiqamətində Prezident İlham Əliyev uğurlu idman siyasəti yürüdür. Məhz bu əhəmiyyətli amil yeniyetmə və gənclərin sağlam həyat tərzində və vətənpərvər ruhda inkişafında mühüm rol oynamaqdadır. “Alpaqut Turan döyüş sənətinin populyar idman növünə çevrilməsi gənclərə yaradılan qayğının nəticəsidir”-deyə qeyd edən Aqil Acalov Gənclər və İdman Nazirliyinə də təşəkkürünü bildirərək, xatırladıb ki, II Dünya Kubokunun da Azərbaycanda keçirilməsi əldə edilən nailiyyətlərin və dəstəyin nəticəsi olaraq qiymətləndirilir. 
Dünya Alpaqut Federasiyasının fəxri prezidenti Fərid Əlizadə də çıxış edərək bildirib ki, bu cür mötəbər yarışların ölkəmizdə keçirilməsi, eləcə də Alpaqut döyüş sənətinin qısa zamanda dünyada tanıdılması dünyada bu idman növünə olan artan marağın bariz göstəricisidir. 
Sonra yarışı izləməyə gələnlərə "Səma" rəqs qrupunun bir-birindən maraqlı rəqs kompozisiyaları təqdim olunub.
Qeyd edək ki, yarışlar Alpaqut döyüş sənətinin Aypara, Batur, Caymaz və Gurəş sistemləri üzrə keçirilib. 
Yarışlara start verildikdən sonra yığma komandalar arasındakı əzmkar mübarizələr baş tutub. Nəticədə Azərbaycanın milli komandası Dünya Kubokunun qalibi adnı qazanıb. İran İslam Respublikasının yığması 2-ci, Türkiyə Respublikasının milli yığması isə 3-cü yerə layiq görülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycanın qrup komandası Olimpiya Oyunları-2020 üçün lisenziya qazanıb
21.09.2019
İngiltərə Premyer Liqası: “M.Siti” “Vatford”un qapısına səkkiz cavabsız top vurub
21.09.2019
Azərbaycan voleybolçusu karyerasını Yaponiyada davam etdirəcək
21.09.2019
Cüdoçumuz Leyla Əliyeva Özbəkistanda gümüş medal qazanıb
21.09.2019
Real-da Zidanı əvəzləməyə 3 namizəd

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info