Millət vəkili: “İcbari tibbi sığortanın bütün ölkədə tətbiqi 2019-cu ildə gözlənilir”
Tarix: 27.11.2017 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


“2018-ci ildə Azərbaycanda icbari tibbi sığortanın tətbiq olunacağı rayonların siyahısı genişlənəcək”. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev deyib. Onun sözlərinə görə, icbari tibbi sığortanın yalnız 2019-cu ildə bütün ölkədə tətbiqindən danışmaq olar: “Pilot layihələr uğurla icra olunur. Pilot layihənin davam etdirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Maliyyə naziri qeyd etdi ki, əlavə olaraq bir neçə rayonda da icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulub. Hansı rayonlar bu siyahıya əlavə olunacaq onu deyə bilmərəm. Bu ilin əvvəlində məlum olacaq”.
Millət vəkili qeyd edib ki, icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqi üçün mexanizmlər hazırlanır: “Eyni zamanda qanunvericilikdə dəyişikliklərin edilməsi gözlənilir. Yaxın vaxtlarda “İcbari tibbi sığorta haqqında” qanuna əlavə və dəyişikliklər olunacaq ki, bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə tam hazır olaq”.
Qeyd edək ki, icbari tibbi sığorta pilot layihə olaraq Mingəçevir və Yevlaxda tətbiq olunur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info