BANM-də transmilli şirkətin təlim mərkəzi açılıb
Tarix: 27.11.2017 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda daha bir transmilli şirkətin - “ABB”nin təlim mərkəzi açılıb. BANM-dən bildirilib ki, açılış mərasimində Britaniyanın ölkəmizdəki səfirliyi, SOCAR, “ABB”, “ALE Heavylift”, “Aggreko”, “Avanteq Ltd”, “Eigen”, “Expro Group”, “Glacier Energy Services Ltd”, “Fluor”, “International Oilfield Supply Company”, “Shawcor UK Ltd”, “WorleyParsons”, “DIT London” və digər şirkətlərin nümayəndələri iştirak ediblər.
Tədbirdə “ABB” şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Rüstəm Qasımov BANM ilə təmsil etdiyi qurumun əməkdaşlığından danışıb.
Ölkələrimiz arasında təhsil sahəsində yaranmış davamlı münasibətlərdən bəhs edən Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Krofts BANM və Heriot-Vatt ali təhsil ocaqlarının mühəndis hazırlığı üzrə birgə əməkdaşlıqlarının buna ən gözəl nümunə olduğunu bildirib.
SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov BANM-in Azərbaycanın neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində atılan ən uğurlu addım olduğunu vurğulayıb.
BANM-in mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov bu ali məktəbin fəaliyyəti haqqında məruzə ilə çıxış edib. O, “ABB” şirkətinin ölkəmiz üzrə rəhbərliyinə BANM-ə verilən önəm və dəstəyə görə minnətdarlığını bildirib.
BANM-in 15 tələbəsi “ABB” şirkətində keçdikləri təcrübəyə görə sertifikatla təltif edilib.
Sonda tədbir iştirakçıları “ABB” şirkətinin simulyasiya vasitələri və avadanlıqla tam təchiz edilmiş təlim mərkəzi ilə tanış olublar. Vurğulanıb ki, mərkəzdə tələbələr və müəllimlər üçün “ABB” şirkətinin texnologiyalarının tətbiqi əsasında təlimlərin təşkili və tədqiqatların aparılması nəzərdə tutulub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info