“Həsən bəy Zərdabi. Seçilmiş məqalələri və məktubları” kitabının təqdimatı olub
Tarix: 27.11.2017 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Zərdab Rayon İcra Hakimiyyəti və Azərbaycan Mətbuat Şurasının birgə təşəbbüsü ilə “Həsən bəy Zərdabi. Seçilmiş məqalələri və məktubları” (rus dilindən tərcümə) kitabının təqdimatı olub.
Mətbuat Şurasından bildirilib ki, Zərdab Rayon İcra Hakimiyyətində keçirilmiş tədbir milli mətbuatımızın banisi, görkəmli ziyalı, ictimai xadim və naşir Həsən bəy Zərdabinin vəfatının 110 illiyinə həsr edilib.
Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanda maarifçiliyin, mətbuatın, ictimai fikrin inkişafında Həsən bəy Zərdabinin tarixi xidmətləri danılmazdır. Ömrünü xalqın rifahına həsr etmiş, Azərbaycan ziyalılarının mənəvi atası sayılan Həsən bəy Zərdabinin xatirəsi bu gün hər yerdə olduğu kimi, Zərdabda da böyük ehtiramla anılır.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxışında deyib ki, Həsən bəy Zərdabinin xatirəsinə həsr olunmuş tədbirin məhz onun doğma yurdunda təşkili qürurvericidir. 110 il əvvəl - 1907-ci il noyabrın 28-də vəfat etmiş dahi şəxsiyyətin zəngin mənəvi irsi böyük xəzinədir. Onun əksəriyyəti “Kaspi” qəzetində dərc edilən və bu kitabda toplanan məqalə və məktubları xalqımızın, ölkəmizin XIX əsrin sonları və XX əsrin əvvəllərindəki həyatının, məişətinin dərindən öyrənilməsi üçün çox dəyərli mənbədir.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli qeyd edib ki, rus dilindən tərcümə edilən “Həsən bəy Zərdabi. Seçilmiş məqalələri və məktubları” kitabı Zərdabi irsinə böyük məhəbbətin məhsuludur. O, nəşrin ərsəyə gəlməsində əməyi keçən hər kəsin xidmətini vətənpərvərlik nümunəsi kimi dəyərləndirib.
Milli Məclisin mədəniyyət komitəsinin sədr müavini, Bakı Dövlət Universitetinin professoru Jalə Əliyeva vurğulayıb ki, Həsən bəy Zərdabi dahi millət fədaisi, ziyalılar ziyalısı idi. Onun rusdilli mətbuatda təqribən 125-130 il əvvəl dərc etdirdiyi çox dəyərli məqalə və məktublarının Zərdabda təqdim olunması böyük ədəbi-mədəni hadisədir. Biz Zərdabi irsinin uzun illər ana dilimizə çevrilməsini gözləyən parlaq bir hissəsi ilə yaxından tanış olmaq imkanı qazanırıq.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli bildirib ki, Həsən bəy neçə-neçə ilklərə imza atıb. O, “Əkinçi” ilə elə bir maarif və mədəniyyət toxumu səpdi ki, biz azərbaycanlılar dünya durduqca o toxumun bəhrələrindən faydalanacağıq. Bu gün təqdim olunan kitab fakültəmizin nəinki tələbələri, həm də müəllimləri üçün dəyərli töhfədir.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin radio və televiziya kafedrasının müdiri, professor Allahverdi Məmmədli Həsən bəy Zərdabinin həyat fəaliyyətindəki spesifik məqamlardan söz açaraq bildirib ki, təqdimatı keçirilən nəşr dahi mütəfəkkirin xatirəsinə böyük ehtiramdır.
“Xalq qəzeti”nin əməkdaşı, kitabın redaktoru və rəyçisi Tahir Aydınoğlu qeyd edib ki, bu nəşr Azərbaycan xalqının keçmişini əhatə edən canlı salnamədir. O deyib: “Nə yaxşı ki, Zərdab torpağının övladları sinələrini qabağa verərək bu müqəddəs işi öz üzərlərinə götürdülər, Həsən bəyin çox dəyərli irsinə ikinci həyat, anım gününə gözəl töhfə verdilər”.
Kitabın tərcüməçisi, “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov məlumat verib ki, nəşrdə bütün məqalə və məktublar hissə-hissə “Əkinçi” qəzetinin 2009-2016-cı illərdəki saylarında çap olunub. Bu məqalələr bu gün də aktuallığını saxlayır. Bu kitabda oxuculara milli mətbuatımızın banisinin ömrünün müdriklik çağlarında, 25 illik bir dövr ərzində qələmə aldığı 280 məqalə və məktubu təqdim olunur. Həmin məqalə və məktublar kəndlərimizin və şəhərlərimizin, ümumən xalqımızın qədim və zəngin tarixini, məişətini, mədəniyyətini, toponim və topoqrafiyasını, adət və etnoqrafiyasını öyrənmək baxımından da çox qiymətli mənbələrdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info