“Danış ki, səni görüm” layihəsi başladı
Tarix: 27.11.2017 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və "İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə baş tutan "Danış ki, səni görüm” layihəsinin açılış mərasimi olub.
Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi Əfsanə Şükürovanın rəhbərliyi ilə həyata keçirilən layihədə əsas məqsəd gənclərin natiqlik sənəti istiqamətində peşəkarlığının artırılması, səlis nitq bacarıqlarının inkişaf etdirilməsidir. Layihənin ana məqsədi hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən dilinin gözəl nitq ilə insanlara çatdırılması və qorunmasıdır.
Açılış mərasimində "İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı, Azadinform informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev çıxış edib və jurnalistika sahəsində, natiqlik sahəsində fikirlərini bölüşüblər.
Çıxış edən”İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov natiqliksənətinin əhəmiyyətindən, ölkə gənclərinin natiqliyin inkişafı üçün atacağı addımlar, təlimdə iştirak edən gənclərin bu sahədə yeni məlumatlar əldə edəcəyini bildirib. Həmçinin sədr "İrəli” İctimai Birliyinin fəaliyyətindən, gənclərə göstərdiyi qayğıdan və qurumun gələcək layihələri barədə danışıb. "İrəli” sədri onu da qeyd edib ki, sosial şəbəkələr sonsuz imkanlar tanıyır. Bununla belə mənfi tərəfləri də xeyli çoxdur. Bu canlı ünsiyyətdə də soyuqlaşmalara səbəb olur. Bu səbəbdən sosial şəbəkələrdən düzgün istifadə etmək lazımdır: "Mən hər gün mətbuatı izləmədən işə başlamıram. Təəssüflər olsun ki, gənclər sosial şəbəkələrdən aldıqları xəbərlə kifayətlənirlər".Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcidtədbirin mövzusunun əhəmiyyətindən söz açıb: "Gözəl danışmağa təməl olan faktorlardan biri şeir əzbərləməkdir. Saatlarla güzgünün qabağında durub məşq edən natiqlər olub. Əgər gənclərimiz natiq olmaq istəyirlərsə, mütləq mütaliələr etməli, bədii ədəbiyyat oxumalıdırlar".

Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı öz çıxışında "özünü ifadə edə bilməyin, səlist nitqin nə dərəcədə vacib olduğunu vurğulayıb: "Orta məktəbdə riyaziyyat müəllimimiz var idi ki, savadlı olmasına baxmayaraq özünü ifadə edə bilmirdi. Biz isə onun nitqini başa düşmək də çətinlik çəkirdim. Ona görə də Rəşad müəllimlə tamamilə razıyam. Gənclərimiz mütləq şəkildə folklor, bədii ədəbiyyat mütaliə etməlidir.” - deyə bildirib.
Azadinform informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev çıxışı zamanı qeyd edib ki, indiki gənclərin şəraiti olduqca yaxşıdır və onlar bu imkanlardan maksimum yararlanmalıdırlar: "Gənclər, xahiş edirəm, reket orqanlarda işləməyin, bu sizin məhviniz olacaq".
Çıxış edən layihə rəhbəri, "İrəli” İctimai Birliyinin mətbuat katibi Əfsanə Şükürova danatiqlik sənətinin önəmindən danışıb: "Natiqlik sənətinə peşəsindən aslı olmayaraq hərkəs yiyələnməlidir. Hətta evdar qadın belə. Çünki biz mütləq şəkildə ünsiyyət qururuq insanlarla. Nitqimizin inkişafı üçün əsas amilllərdən biri də, qəzetlərimiz, qəzet oxumaqdır. Çünki qəzet insanı sistemli olmağa öyrədir. Qəzetlər söz ehtiyatımızı artırır, bununla yanaşı bizə doğru, ardıcıl, səlist nitqin yaranmasını aşılayır. Bəzən insanlar düşünür ki, natiqlik sənəti təkcə televiziya və radio işçilərinə bir də dövlət məmurlarına lazımdır. Əslində bu düzgün yanaşma deyil. Bütün sahələrdə çalışan insanlar özlərini ifadə etmək ehtiyacı duyurlar. Bizim səsimizin tonu, bədən dilimiz, seçmiş olduğumuz sözlər və s. kimi məsələlər ünsiyyətdə ciddi problemlər yaradır. Bütün bunların başında həmin şəxsin nitq qabiliyyəti, seçmiş olduğu sözlər, danışıq tərzi dayanır”.




Qeyd edək ki, açılış mərasimində araşdırma jurnalistikasından da danışılıb. İştirakçılara bildirilib ki, jurnalistikanı seçənlər ilk addımlarını yazılı mediada atsalar, xarici dil biliklərini zənginləşdirsələr daha yaxşı olar. Çünki, araşdırma jurnalistikası az-çox yazılı mediada qalıb. Gənclər həm də jurnalistikada ixtisaslaşmağa meyilli olmalı, hər şeydən yazmaq kimi öhdəlik götürməməlidirlər.
Qeyd edək ki, layihə çərçivəsində, 3gün ərzində peşəkar ekspertlər tərəfindən 100-ə yaxın gəncə təlimlər keçiriləcək, onlara natiqlik sənətinin incəlikləri öyrədiləcək, silsiləvi tədbirlər, seminarlar, təlimlər keçiriləcəkdir. Layihənin ictimaiyyətə daha yaxşı çatdırılması üçün KİV cəlb olunub, həmçinin sosial şəbəkələrdə paylaşılacaqdır.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info