“Azərkosmos“ Afrika ölkələri ilə əməkdaşlığa hazırdır
Tarix: 27.11.2017 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


23-24 noyabr 2017-ci il tarixində Azərbaycan ilə Afrika ölkələri arasında informasiya və kommunikasiya, xüsusilə kosmik sahədə əməkdaşlığı inkişaf etdirmək və Afrika İttifaqının Kommunikasiya və İnformasiya Texnologiyaları üzrə İxtisaslaşmış Komitəsinin II iclasında iştirak etmək məqsədilə "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti Efiopiyaya səfər edib.

Azərbaycanın Efiopiyadakı səfirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu səfər Azərbaycan ilə Afrika İttifaqı Komissiyası arasında olan birgə tərəfdaşlıq çərçivəsində həyata keçirilib və "Azərkosmos" ASC adıçəkilən tədbirə rəsmi tərəfdaş kimi dəvət olunub.
 
Tədbir zamanı Afrika İttifaqının mənzil qərargahında "Azərkosmos" ASC-nin stendi qurulub və afrikalı qonaqlar bu stendlə yaxından tanış olublar.
 
R.Nəbiyev Afrika İttifaqının Kommunikasiya və İnformasiya Texnologiyaları üzrə İxtisaslaşmış Komitənin II iclası zamanı Afrika İttifaqı Komissiyasının İnfrastruktur və Enerji üzrə Komissarı xanım Amani Abu-Zeyd, Konqo Demokratik Respublikasının poçt, telekommunikasiya, yeni informasiya texnologiyaları naziri Emery Okundji Ndjovu, Sudanın kommunikasiya və informasiya texnologiyaları naziri xanım Tahani Abdalla Attia, Efiopiyanın elm və texnologiyalar üzrə Dövlət naziri Şumeta Gizav, bu ölkənin kommunikasiya və informasiya texnologiyaları üzrə dövlət naziri Getaço Neqaş Tekla, Qananın kommunikasiya nazirinin müavini Corc Andah, Cənubi Afrika Respublikasının telekommunikasiya və poçt xidmətləri departamentinin Baş direktoru  Robert Nkuna və Efiopiyanın rabitə və telekommunikasiya şirkəti "Ethiotelecom"un baş direktoru Andualem Admassi ilə ikitərəfli görüşlər keçirib.
 
Görüşlər zamanı "Azerspace-1" və "Azerspace-2" peykləri haqqında ətraflı məlumatlar verilib, sözügedən bu telekommunikasiya peyklərinin Afrika qitəsini əhatə etməklə, regionda yüksək keyfiyyətli peyk xidmətlərini, ən ucqar ərazilərdə belə internetdən istifadə imkanlarının təklif edilə biləcəyi qeyd olunub.
 
Tədbir çərçivəsində "Azərkosmos"un nümayəndəsi Kommunikasiya və İnformasiya Texnologiyaları üzrə İxtisaslaşmış Komitənin Ekspertlər sessiyası zamanı təqdimatla çıxış edərək, Azərbaycanın kosmik sahədə əldə etdiyi uğurları, o cümlədən ASC tərəfindən təqdim edilən xidmətlər və mövcud imkanlar haqqında ətraflı məlumat vermiş və dövlət şirkətinin bu sahədə Afrika ölkələri ilə əməkdaşlığa hazır olduğunu bildirib.

"Azərkosmos" ASC-nin dəstəyi ilə Afrika İttifaqının Kommunikasiya və İnformasiya Texnologiyaları üzrə İxtisaslaşmış Komitənin II iclasının iştirakçılarının şərəfinə İttifaqın mənzil-qərargahında ziyafət təşkil edilib və bu ziyafətdə Afrika İttifaqının rəsmiləri və Əddis-Əbəbədə akkreditasiya olmuş diplomatik nümayəndəliklərin başçıları iştirak ediblər.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info