Ədəbiyyat İnstitutunda Nizami yaradıcılığı ilə bağlı dərs keçilib
Tarix: 27.11.2017 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elektron akt zalında Təhsil Nazirliyi tərəfindən elan olunmuş Təhsildə inkişaf və innovasiyalar birinci qrant müsabiqəsi çərçivəsində “Gəzək, Görək, Öyrənək” adlı layihəsi ilə bağlı diskussiya dərsi keçilib. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş dərs “Şeir sənətində Nizami Gəncəvi yaradıcılığı” adı altında təşkil olunub. Diskussiyada Göyçay rayonunun orta məktəblərində təhsil alan şagirdlər iştirak ediblər.
Diskussiyada AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini professor Əlizadə Əsgərli, Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov, Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslı və şöbənin digər əməkdaşları, Qədim dövr şöbəsinin müdiri professor İmamverdi Həmidov və Nizami Gəncəvi yaradıcılığının tədqiqatçısı filologiya üzrə fəlsəfə doktoru Hacı Siracəddin iştirak ediblər. Şagirdlərə Nizami Gəncəvinin həyatı və yaradıcılığı, fəlsəfi dünyagörüşü, milli mənsubiyyəti ilə bağlı ətraflı məlumat verilib. Şagirdlər onları maraqlandıran sualları alimlərə ünvanlayıb və dərs diskussiya formatında davam etdirilib.
Tədbirdən sonra məktəb şagirdləri özlərinin əl işi olan Nizami Gəncəvinin portretini instituta hədiyyə ediblər və alimlərlə birgə xatirə şəkli çəkdiriblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info