Bakıda karate çempionatı keçirilir
Tarix: 27.11.2017 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


Şağan qəsəbəsində Azərbaycan Hayaşi haşito ryuko Karate do klubunun təşkilatçılığı ilə Respublika üzrə Karate çempionatı keçirilir.
Bu barədə açıqlama verən Azərbaycan Şitoriyo Karate do klubunun prezidenti, Karate do federasiyasının yaradıcısı, 7-ci dan qara kəmər sahibi Qafari Cəfər bildirib ki, bu, Azərbaycan Karate do Federasiyasının yaranmasının 20-ci ilinə həsr olunub:
“Bugünə qədər biz respublika üzrə yüzlərlə çempionat və dostluq görüşləri keçirmişik. Həmçinin tələbələrimiz xarici ölkələrdə çempionatlara gedib, orda uğurlar qazanıblar. Bugünki yarışımızda Bakıdan, bölgələrimizdən, hətta Güney Azərbaycandan qatılan iştirakçılarımız var”, - Q.Cəfər bildirib.
Federasiyanın prezidenti daha sonra karatenin ölkəmizdə inkişafı və gələcəyi haqqında danışıb:
“Azərbaycan xalqı döyüşkən və mübariz xalqdır, buna görə də bizim karatedə kifayət qədər uğurlarımız var.
Buna misal olaraq tələbələrimizdən dünya çempionu olmuş Zeynalov Mehman, Əlizadə Rəsul, Rəhimov Vüsal kimi karateçilərimizi göstərmək olar. Bundan əlavə, gənclərimiz var ki, onları Azərbaycan karatesinin parlaq gələcəyi adlandırmaq olar. Məsələn, Kərim Baştürk, Babayev Enes, Abbasov Orxan və s. Onların artıq beynəlxalq səviyyəli nailiyyətləri var”.
Q.Cəfər deyib ki, idmanın bütün növləri gözəldir, amma karate idmandan əlavə həm də dərin fəlsəfədir, elmdir. Karateyə başlamaq üçün heç vaxt gec deyil:
“Yəni bu idmanda yaşlı anlayışı yoxdu, məsələn, Yaponiyada 60 yaşlı şəxslər karateyə başlayıb və kifayət qədər uğur qazanıb. Ümumiyyətlə, taekvando, güləş, cüdo və s. kimi idman növlərində müəyyən yaş həddi ola bilər ki, bunun da özünə məxsus səbəbləri var, amma karate elə bir idman növüdür ki, burda 100 yaşında belə başlasan, gec hesab edilmir”.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info