Pirşağıda yeni tullantı sutəmizləyici qurğu tikiləcək
Tarix: 27.11.2017 | Saat: 21:12:00 | E-mail | Çapa göndər


Azərbaycan hökumətinin və Koreyanın İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi “Pirşağı Tullantı  Sutəmizləyici Qurğusu” layihəsi çərçivəsində Bakı şəhəri Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində yeni tullantı sutəmizləyici qurğusunun tikintisi intensiv qaydada davam etdirilir.
 
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, icrasına 2017-ci ilin birinci yarısında başlanmış layihə çərçivəsində ərazidə planlama və texniki təchizat işləri tam yekunlaşıb. Eyni zamanda qurğunun giriş nasos stansiyasında qazıntı və svayların vurulması, kompressor, transformator və emalatxana binalarının, eləcə də biofosfor və durulducu çənlərin yerləşəcəyi ərazilərdə torpağın möhkəmləndirilməsi  işləri yerinə yetirilib. Su anbarı, dezodorasiya qurğusu, qaraj və transformator binasının təməlaltı hazırlıq işləri həyata keçirilib. Biofosfor çənləri üzrə qəliblərin quraşdırılması yekunlaşıb. Hazırda əsas qurğuların dəmir-beton hissələrinin inşası davam etdirilir.
 
Qurğuda təmizlənmiş suların dənizə axıdılması üçün dənizin dibi ilə 1300 mm diametrli çıxış xətti tikilməsinə hazırlıq görülür. Çıxış xəttinin tikintisi xüsusi ixtisaslaşmış gəmilər vasitəsilə həyata keçiriləcəkdir. Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisində əsasən Azərbaycanda istehsal olunmuş inşaat materiallarından istifadə olunur.  İnşasında ən son texnologiyalardan istifadə olunacaq qurğuda Koreyada istehsal edilmiş mexaniki avadanlıqlar quraşdırılacaq. Artıq həmin avadanlıqların bir hissəsi tikinti meydançasına tədarük olunub.
 
Qurğuda tullantı suları ekoloji standartların tələblərinə tam uyğun olaraq təmizlənib zərərsizləşdiriləcək. Azərbaycanda ilk dəfə olaraq bu qurğuda tullantı sularının zərərsizləşdirilməsi ultrabənövşəyi şüa texnologiyası ilə aparılacaq. Yarana biləcək qoxunun neytrallaşdırılması üçün xüsusi biosüzgəclərdən istifadə olunması nəzərdə tutulur. Bu qurğuda Azərbaycan üçün daha bir ilk təcrübə tətbiq olunacaq. Belə ki, qurğuda təmizlənmiş suların bir hissəsinin gələcəkdə suvarma məqsədilə istifadə edilməsi planlaşdırılır.
 
2018-ci ildə inşası başa çatdırılacaq bioloji tipli qurğunun məhsuldarlığı sutkada 40 min kubmetr layihələndirilib. Yeni qurğu istismara verildikdən, həmçinin ətraf qəsəbələrdə kanalizasiya infrastrukturu yaradıldıqdan sonra Abşeron yarımadasının şimal hissəsində böyük bir ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısı alınacaq. Gələcəkdə Pirşağı, Kürdəxanı, Məhəmmədi, Nardaran, Digah, Maştağa, Mehdiabad, Digah, Goradil, Fatmayı və Novxanı qəsəbələrində yaranan tullantı suları  bu qurğuda təmizlənərək kənarlaşdırılacaq. Bu layihə Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunmasına töhfə verəcək.
 
Qeyd edək ki, “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsinin maliyyələşdirilməsi üçün Koreyanın İxrac-İdxal Bankı 43,5 mln. dollar kredit ayırıb. Ümumi dəyəri 64,2 mln. dollar olan layihənin qalan hissəsini Azərbaycan hökuməti maliyyələşdirir. 


Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info