Ermənistanın valyuta ehtiyatları 40 faiz azalıb
Tarix: 27.11.2017 | Saat: 21:16:00 | E-mail | Çapa göndər


Ermənilərin Avropa Birliyi ilə razılaşması İrəvanda «bəh-bəhlə» təqdir edilməkdədir. Bunu Ermənistan üçün tarixi hadisə kimi dəyərləndirənlərlə yanaşı, tərəddüdlə yanaşanlar da az deyil. Onlar «heç vaxt Rusiyanın özünə sərfəli hesab etmədiyi bir şeyi Ermənistana rəva bilməyəcəyini» əsas kimi önə çəkirlər.
Ermənilərin fikrincə, Rusiyanın erməni prezidenti Sərkisyana təzyiq etməməsi və Ermənistanın Avropa Birliyi ilə razılaşma imzalamasını qəbul etməsi, doğrudan da, qəribə görünür. Bu sual bəzi açıqfikirli erməni siyasətçilərini də düşünməyə vadar edir. Onların fikrincə, bütün bunlar Kremlin planına uyğun şəkildə hazırlanmış siyasi oyundan daşqa bir şey deyil. Bəlkə də, Rusiyada Sarkisyanın Avropa Birliyi ilə müqavilə imzalamaqdan imtina edəcəyi təqdirdə onun siyasi bir cəsəd halına gətiriləcəyini gözəl anlayırlar.
Bütün bunları yaxın gələcək göstərəcək. Lakin yenə də bizlərdə deyildiyi kimi «İştah diş altındadır». Belə ki, ermənilər artıq Avropa Birliyi ilə razılaşma əldə etdiklərini əsas tutaraq, indi də öz ağalarının itaətindən - Avrasiya İqtisadi Birliyindən çıxmaq iddiası ilə bağlı məsələ qaldırmağa başlayıblar. Bunun ilk təbliğatçısı kimi, Ermənistanın «Çıxış» bloku belə təklif etsə də, "İşıqlı Ermənistan" partiyasının lideri, deputat Edmond Marukyan ölkə parlamentindəki çıxışı zamanı bu barədə bildirib. Onlar AİB-in Ermənistana gətirdiyi mənfi nəticələri nəzərə almaqla belə bir addım atdıqlarını bildirirlər. Edmond Marukyanın sözlərinə görə, Avrasiya İqtisadi Birliyinə daxil oandan sonra Ermənistanın bir çox sahələrində, o cümlədən ölkə iqtisdiyyatında ciddi tənəzzül qeydə alınıb: «Bu ərəfədə ölkənin təhlükəsizlik məsələsində də heç bir irəliləyiş əldə edilməyib. Ermənistanın təşkilata üzv olduğu üç il ərzində ölkədə ÜDM-in dollara nisbəti yüzdə 8 faiz azalıb»-deyə bildirən erməni deputat bu ərəfədə ölkədə məşğulluq nisbətinin 13 faiz, valyuta ehtiyatlarının 40 faiz azaldığını, dövdlət borcunun isə 10 faiz artdığını bildirib. Marukyan 2014-cü ildə 267,4 milyard dram təşkil edən xarici investisiyaların 2016-cı ildə 81 milyard drama endiyini də bəyanlayıb.
Qeyd edək ki, "Çıxış" bloku Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxarılmasını müntəzəm olaraq ölkənin siyasi gündəliyində saxlamağı nəzərdə tutan hər cür məsələni gündəmə gətirəcəyini bildirir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info