CNN və Soros haqqında dağılan illüziyalar
Tarix: 27.11.2017 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


On illər ərzində ABŞ xarici siyasətinin ən güclü təbliğat silahı funksiyasını yerinə yetirın CNN Trampa qarşı: “ABŞ-ı dünyada təqdim etmək CNN-in işi deyil”

ABŞ dövlət başçısı Donald Trampın mətbuatla problemli münasibəti artıq adi hala çevrilib. Bir neçə gün əvvəl onun “Time” jurnalı ilə problemi gündəmi zəbt etmişdi. Xatırladaq ki, Tramp bildirmişdi ki, “Time” onu ikinci dəfə ilin adamı elan etmək istəyir, amma prezident bundan imtina edib. Amma jurnal bəyanat yayaraq bunu təkzib etdi. Donald Tramp bu dəfə CNN-i tənqidi ilə gündəmə gəlib. Adəti üzrə “Tvitter”dəki hesabından istifadə edən ABŞ prezidenti yazıb ki, CNN beynəlxalq aləmdə ABŞ haqqında doğru obraz yaratmır və ümumiyyətlə ABŞ-ı dünyada çox zəif təbliğ edir. Tramp CNN-i yalan məlumat- “feyk xəbər” yaymaqda ittiham edib. CNN teleşirkətinin cavabı özünü çox gözlətməyib. Kanal əməkdaşları kollektiv şəkildə “tvit” paylaşıblar: “ABŞ-ı dünyada təqdim etmək CNN-in işi deyil. Bu, sizin işinizdir. Bizim işimiz xəbər yaymaqdır”. Əslində CNN teleşirkətinin işi ancaq “xəbər yaymaq deyil”. Öncə onu qeyd edək ki, ABŞ-ın dünyada super güc olması, Amerikan həyat tərzi, azad və demokratik ölkə imicinin yaradılması üçün ABŞ-ın dövlət orqanları, media və QHT sektoru on illər ərzində böyük həcmli iş həyata keçiriblər. Dövlət, media və QHT sektoru ABŞ haqqında dünyada super gücü imici formalaşdırmağı bacarıblar. ABŞ-ın büdcəsindən maliyyələşən media strukturları ilə yanaşı dövlətdən müstəqil olan media orqanları da var. Amma həmin media orqanları da dövlətin siyasətinin təbliğatı ilə məşğul olurlar.

“CNN kimi iri telekanalın xarici siyasət ruporu olmadığını elan etməsi, nüfuzlu amerikalı hərbçilərin “Trampın qanunsuz nüvə zərbəsi” əmrinə tabe olmayacaqları ilə bağlı mesajları Amerika daxilində ciddi siyasi ziddiyyətlər yaşandığını göstərir”

Təxminən 20 il əvvəl inanmaq olardı ki, CNN müstəqil media orqanı, Soros isə vətəndaş cəmiyyəti institutlarının inkişafına yardım edən xeyriyyəçidir. Amma bu gün həmin yalanlara kimsə inanmır. Həm Soros, həm də CNN-lə bağlı illüziya artıq dağılıb və əsl həqiqət hamıya bəllidir. Bu baxımdan CNN-in öz haqqında “ancaq xəbər yayan” media orqanı deməsi həqiqəti əks etdirmir. Bu media orqanının “Hələbdən olan oğlan”la bağlı feyk xəbər onu bütün dünyada ifşa etdi. Belə xəbərlərin sayı çoxdur. CNN kanalının informasiya dövriyyəsinə nə qədər yalan, müəyyən qrupların maraqlarını ifadə edən xəbər buraxdığını hesablamaq çox çətindir. Teleşirkət on illər ərzində ABŞ xarici siyasətinin ən güclü təbliğat silahı funksiyasını yerinə yetirib. CNN teleşirkətinin dövlət yox, kommersiya xarakterli şirkət olması isə dünyada onların dövlətdən asılı olmayan müstəqil yayım orqanı kimi təqdim edilməsi üçün çox işə yarayıb. Amma indi Birləşmiş Ştatlarda vəziyyət bir qədər dəyişib. Donald Trampın hakimiyyətə gəlməsindən sonra siyasi elita daxilində konsensus aradan qalxıb. Müxtəlif siyasi qruplar artıq fərqli siyasət həyata keçirməyə və bunun üçün nəzarətlərində olan güclərdən istifadə etməyə başlayıblar. Xarici siyasət ruporu olan CNN də Tramp əleyhinə təbliğat aparır və bunu əsasən də xarici auditoriya üçün edir. Deməli, CNN bununla təkcə Trampa yox, ABŞ-ın maraqlarına da zərbə vurmuş olur. Amma bundan narahat deyil – kollektiv “tvit” də bunu təsdiqləyir. CNN kimi iri telekanalın xarici siyasət ruporu olmadığını elan etməsi, nüfuzlu amerikalı hərbçilərin “Trampın qanunsuz nüvə zərbəsi” əmrinə tabe olmayacaqları ilə bağlı mesajları Amerika daxilində ciddi siyasi ziddiyyətlər yaşandığını göstərir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Misirlə ABŞ arasında əmtəə dövriyyəsinin səviyyəsi rekord həddə çatıb
18.06.2019
Tramp Pentaqonun yeni başçısını təyin edib
18.06.2019
Angela Merkel Vladimir Zelenski ilə görüş zamanı özünü pis hiss edib
18.06.2019
Yaponiya Səudiyyə Ərəbistanı ilə iqtisadi əməkdaşlığı genişləndirir
18.06.2019
ABŞ İrana görə Yaxın Şərqə əlavə qoşun göndərməyə hazırlaşır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Müəllimlərin maaşı artdı - 20 faiz
2 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info