Azərbaycan ilə Qazaxıstan daim bir-birini dəstəkləyir
Tarix: 27.11.2017 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


Noyabrın 27-də paytaxt Astana şəhərində Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan diplomatik münasibətlərinin 25 illiyi ilə bağlı rəsmi qəbul
təşkil olunub.

Qəbulda Azərbaycanın nümayəndə heyəti, Qazaxıstanın dövlət və hökumət rəsmiləri, tanınmış ictimai-siyasi xadimlər, diplomatik korpusun nümayəndələri iştirak ediblər. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov tədbiri açaraq qardaş ölkələrimizin münasibətlərinin çox yüksək səviyyədə olduğunu və strateji xarakter daşıdığını qeyd edib. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov rəsmi qəbulda çıxış edib. Tədbir iştirakçılarını salamlayan Əli Həsənov deyib ki, əsrin dörddəbiri tarix baxımından böyük müddət deyil, lakin iyirmi ildən bir qədər çox bundan əvvəl öz müstəqilliyini bəyan etmiş ölkələr üçün bu dövr bütöv bir epoxadır. Ötən 25 il ərzində biz çoxəsrlik dostluq ənənələrini nəinki qoruyub saxlamağa, həm də genişləndirməyə, Azərbaycan-Qazaxıstan münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağa nail olmuşuq. Bu işdə həm ümummilli lider Heydər Əliyev və millətin lideri Nursultan Nazarbayev, həm də Azərbaycanın indiki Prezidenti İlham Əliyev çox böyük rol oynayıblar. Azərbaycan-Qazaxıstan ikitərəfli əlaqələrinin mükəmməl müqavilə-hüquq bazasının formalaşdığını vurğulayan Prezidentin köməkçisi bildirdi ki, ötən müddətdə 100-dən çox dövlətlərarası və hökumətlərarası sənəd imzalanıb. Bu sənədlər, həmçinin müntəzəm surətdə keçirilən yüksək səviyyəli ikitərəfli görüşlər, səmərəli parlamentlərarası əlaqələr ölkələrimizin müasir mərhələdə yüksək etibara və etimada əsaslanan tərəfdaşlığının dərinləşməsinə və genişlənməsinə xidmət edir. Ölkələrimizin beynəlxalq və regional təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etdiyini və bir-birini dəstəklədiyini diqqətə çatdıran Əli Həsənov vurğulayıb ki, Qazaxıstan 2017-2018-ci illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən Azərbaycan ona səs verən ilk dövlətlərdən biri olub. Azərbaycan Astanada “EXPO-2017” beynəlxalq ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü də dəstəkləyənlərin birincilərindən olub. Qazaxıstanın da eyni qayda ilə Azərbaycanı beynəlxalq tədbirlərdə və qurumlarda dəstəklədiyini bildirən Prezidentin köməkçisi deyib: “Biz Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi ilə nəticələnmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini daim dəstəklədiyinə görə qardaş Qazaxıstanın rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk”. Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələrin yüksək səviyyəsinin ticari-iqtisadi əməkdaşlığa da müsbət təsir göstərdiyini söyləyən Əli Həsənov qeyd edib ki, Bakının yaxınlığında Beynəlxalq Dəniz Ticarəti Limanının yaradılması, bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, həmçinin Aktau limanının yenidən qurulması və yeni Kurik limanının açılması ölkələrimiz arasında əmtəə dövriyyəsini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Qazaxıstanın energetika nazirinin birinci müavini Maxambet Dosmuxambetov qeyd edib ki, ölkələrimizi həmişə səmimi dostluq, qardaşlıq və əməkdaşlıq münasibətləri birləşdirib. Azərbaycan ilə Qazaxıstan xarici siyasət məsələlərində də daim bir-birini dəstəkləyir. Müstəqilliyimizin bərpasından sonra Qazaxıstan ilə Azərbaycan arasında həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə mükəmməl müqavilə-hüquq bazası formalaşdırıldığını vurğulayan Maxambet Dosmuxambetov ölkələrimizin iştirakçısı olduğu enerji, nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları layihələrinin əhəmiyyətindən danışıb. Qazaxıstan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu deyən energetika nazirinin birinci müavini bu potensialın reallaşdırılması üçün birgə səylərin vacibliyindən söhbət açıb. Tədbir çərçivəsində Qazaxıstan-Azərbaycan diplomatik münasibətlərinin 25 illiyi münasibətilə qazax dilində nəşr olunmuş “İRS-MYRA” jurnalının təqdimatı keçirilib. Sonda Azərbaycan nümayəndə heyətinin üzvlərinə “Qazaxıstanın müstəqilliyinin 25 illiyi” yubiley medalı təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info