Türkiyəli qonaqlar Naxçıvan Dövlət Universitetində olublar
Tarix: 28.11.2017 | Saat: 15:30:00 | E-mail | Çapa göndər


Türkiyənin Çankırı Karatekin Universitetinin 20 nəfərdən ibarət nümayəndə heyəti “ERASMUS+” layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində (NDU) olub.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali təhsil ocağının yaranma tarixindən danışıb, universitetin 50 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu diqqətə çatdırıb. Beynəlxalq əlaqələrdən də danışan rektor “ERASMUS+” çərçivəsində müvafiq ixtisaslardan 15 tələbənin bir semestr ərzində Çankırı Karatekin Universitetində təhsil almaq üçün göndərildiyini bildirib.
Universitetlə yaxından tanış olan qonaqlar ixtisaslaşmış bölmələrdə dərs və treninqlər keçiblər. Onlar ali təhsil müəssisəsinin tarix-filologiya, beynəlxalq münasibətlər və xarici dillər, sosial idarəetmə və hüquq, iqtisad, pedaqoji, təbiətşünaslıq və kənd təsərrüfatı, tibb fakültələrində keçilən dərslərdə qardaş ölkənin tədris sahəsindəki təcrübələrini bölüşüblər. Türkiyəli qonaqlar müvafiq olaraq tədris, media və kadrlar şöbələrində treninqlər də keçiriblər.
Universitetdə mövcud olan media mərkəzi ilə maraqlanan nümayəndə heyəti bir həftə ərzində televiziya və radionun iş prinsipi, onlayn videokonfransların keçirilmə qaydaları ilə yaxından tanış olublar.
Mühasibatlıqda sənəd dövriyyəsi ilə maraqlanan qonaqlar tələbə-məzun şöbəsində universitetdə həyata keçirilən elektron tədris prosesini də izləyiblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Uşaqlar bizim gələcəyimizdir“
24.09.2018
Gömrük sistemi hərtərəfli dövlət dəstəyi ilə təmin olunub
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info