Naxçıvanda kitab müzakirəsi aparılıb
Tarix: 28.11.2017 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitablar Siyahısı”na daxil edilən “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabının müzakirəsi keçirilib.
Bölmənin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli Sərəncamın gənc nəslin vətənpərvərlik, tarixi kökə bağlılıq ruhunda tərbiyə edilməsindəki əhəmiyyətindən bəhs edib.
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunan “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabının məziyyətlərindən danışan alim bildirib ki, bu nəşr xalqımız üçün əhəmiyyət kəsb edən tarixi məqamları əhatə edir. Kitabda tariximizin bütün dövrləri təhlil olunur.
Qeyd edilib ki, nəşrdə Azərbaycan tarixinə dərindən nəzər salınır, tarixi proseslərə, hadisələrə obyektiv qiymət verilir, elmi-nəzəri təhlillər aparılır. Ümummilli lider Heydər Əliyevin müraciətini Azərbaycan intibahına çağıran sənəd kimi dəyərləndirən tarixçi-alim bildirib ki, həmin müraciət gənc nəsillər üçün mühüm tarixdir və bu tarix gələcək nəsillər tərəfindən daim öyrəniləcək, tədqiq olunacaq.
Tədbirdə institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyev və böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov çıxış edərək kitabda bütün azərbaycanlılar üçün əhəmiyyət kəsb edən tarixi, siyasi-ideoloji məqamların əhatə olunduğunu vurğulayıblar.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu təmir olunur
23.05.2019
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb
22.05.2019
27 dərəcə isti olacaq
22.05.2019
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Balakəndə
21.05.2019
Normadan artıq şəkər istehlakı orqanizm üçün zərərlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info