Bakıda beynəlxalq elmi-texniki konfrans keçirilib
Tarix: 28.11.2017 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Noyabrın 28-də Azərbaycan Texniki Universitetində (AzTU) metallurgiya və metalşünaslıq kafedrasının yaradılmasının 50 illiyinə həsr olunmuş “Metallurgiya və metalşünaslığın problemləri” mövzusunda ikinci beynəlxalq elmi-texniki konfrans öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, AzTU-nun və “Baku Steel Company” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən konfransda metallurgiya və materialşünaslığın problemləri ilə məşğul olan elmi-tədqiqat və ali təhsil müəssisələrinin, dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.
Konfransın plenar iclasında AzTU-nun rektoru vəzifəsini icra edən Xalıq Yahudov bildirib ki, Azərbaycanda metallurgiya sənayesinin təşəkkül tapmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolu olub. Prezident İlham Əliyevin bu sahənin inkişafı istiqamətində atdığı addımları xüsusi qeyd edən X.Yahudov ölkədə qeyri-neft sektorunun, o cümlədən metallurgiya və maşınqayırma kompleksinin inkişafı üçün böyük əhəmiyyət daşıyan Strateji Yol Xəritələrinin mahiyyətindən danışıb.
Vurğulanıb ki, konfransda Azərbaycan ilə yanaşı, Türkiyə, Almaniya, Yaponiya, Fransa, Rusiya, Ukrayna, Belarus və digər ölkələrdən alimlər iştirak edirlər. Müxtəlif ölkələrdən və Azərbaycandan konfransa qatılan 350-dən çox müəllifin beş bölmə üzrə 200-dək məruzəsi dinləniləcək.
Metallurgiya və maetalşünaslığın aktual problemlərini müzakirə etmək və beynəlxalq miqyasda bu sahədə aparılan elmi-tədqiqat işlərini ümumiləşdirmək məqsədilə keçirilən konfrans noyabrın 30-dək davam edəcək.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info