“İstixanada pomidor şitilini də özümüz yetişdiririk”
Tarix: 28.11.2017 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


İlin bütün fəsillərində süfrəmizi təzə tərəvəzlə təmin etmək üçün dünyanın ən son nəsil istixanalarından istifadə olunur. Ekoloji cəhətdən təmiz, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulu yetişdirib, həm daxili, həm də xarici bazarı təmin etmək üçün İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditindən istifadə olunmaqla Şəmkirdə inşa olunmuş istixanada belə məhsul yetişdirilir.
İstixana tam avtomatlaşdırılaraq, bütün mikroiqlim şəraiti kompüterlə təmin olunub. Lazımi iqlim parametrləri kompüterə verilir. İstənilən hava şəraitində bitkinin inkişafı təmin olunur. Hazırda Şəmkirdə fəaliyyət göstərən “AzAqro”MMC-nin bir hektar ərazidə tərəvəz yetişdirən istixanasında həm daxili, həm də xarici bazarda özünə yer tutan çəhrayı rəngdə, ətli pomidorun yığım vaxtıdır.
“Az Aqro”MMC-nin baş aqronomu Əli Qurbanov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “İstixana kompleksində gül ilə bərabər tərəvəz də yetişdiririk. Toxumu torpağa vurmaqdan tutmuş, onu basdırmaq, becərmək, məhsul alıb çeşidləyənə kimi bütün proseslər burda baş verir. Ortalama hesabla təxminən bir vegetasiya dövründə hektardan təxminən 130-150 ton məhsul əldə edə bilirik. Bu isə o deməkdir ki, bir şitil kolundan 7-8 kiloqram məhsul əldə olunur. Bu təbii ki, mövsümündən və hava şəraitindən də asılıdır. Pomidorun maya dəyərini azaltmaq məqsədilə istixanada pomidor şitilini də özümüz yetişdiririk. Bütün işlər istixanada avtomatlaşdırılmış rejimdə həyata keçirilir. Burada xüsusi kompüter proqramı əsasında 24 saat rejimə nəzarət olunur”.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info