Kvirikaşvili: “BTQ regional inkişafı gücləndirəcək”
Tarix: 28.11.2017 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


"Bakı-Tbilisi-Qars dəmir yolu regional inkişafı gücləndirəcək".
 
Bunu Tbilisidə keçirilən beynəxlalq “İpək Yolu” forumunda çıxışında Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili deyib. O bildirib ki, Gürcüstan yeni İpək Yolu təşəbbüsünə töhfə verməyə hazırdır: “Bildiyiniz kimi, Türkiyə və Azərbaycan hökumətləri ilə sıx əməkdaşlıq sayəsində oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. Bu dəmir yolu Mərkəzi Asiya ölkələrini Avropa dəmir yolu şəbəkəsinə birləşdirən alternativ yoldur. Avropa və Asiya arasında körpü olan Gürcüstan diversifikasiyalı iqtisadiyyata nail olmaqla yanaşı, dünya  bazarlarına daha yaxşı inteqrasiya etməyə çalışır. Bizim əsas məqsədimiz region və ondan kənarda iqtisadi əlaqələrin dərinləşdirilməsidir. İnanırıq ki, Gürcüstanın Avropa və Çin ilə azad ticarət haqqında sazişləri, Anaklia dərin dəniz limanı və Bakı-Tbilisi-Qars dəmiryolu regional inkişafa töhfə verəcək”. 
 
G.Kvirikaşvili qeyd edib ki, “İpək Yolu” forumunun keçirilməsində məqsəd daha böyük iqtisadi və dayanıqlı inkişafa nail olmaq üçün regional tərəfdaşlarla Gürcüstanın imkanlarının birləşdirilməsidir: “İnanıram ki, bu forum regional əlaqələrin gücləndirilməsi və dərinləşdirilməsi üçün yeni imkanlar yaradacaq. Bu əlaqələr iqtisadi artımı inkişaf etdirəcək və təhlükəsizliyi təmin edəcək. Forum sözlərdən hərəkətə keçmək və məqsədlərin reallığa çevrilməsinə hədəflənib”.
 
Qeyd edək ki, “İpək Yolu” forumunda 60-dan çox ölkədən 2 minə yaxın nümayəndə iştirak edir. Azərbaycanı tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov təmsil edir.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır
20.11.2018
Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var
20.11.2018
Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info