Ağır sənaye və maşınqayırmanın inkişafı ilə bağlı yaradılmış işçi qrupun ilk iclası keçirilib
Tarix: 28.11.2017 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


"Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair" Strateji Yol Xəritəsi üzrə müzakirə aparılıb.
 
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Prezident Administrasiyasının müvafiq tapşırığının icrası məqsədilə İqtisadiyyat Nazirliyinin əlaqələndiricisi olduğu "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair" Strateji Yol Xəritəsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi üçün koordinasiya prosesinin təşkilinə dair iqtisadiyyat nazirinin  08.11.17 tarixli əmri ilə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun rəhbərliyi ilə yaradılmış işçi qrupun ilk iclası keçirilib.
 
İclasda Təhsil, Energetika və Müdafiə Sənayesi nazirliklərinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Tarif (qiymət) Şurasının Katibliyinin nümayəndələri iştirak edib.
 
İclasda adıçəkilən yol xəritəsinin Tədbirlər Planında nəzərdə tutulmuş işlərin icrasının sürətləndirilməsi və qarşıya qoyulmuş hədəflərə nail olunması məqsədilə əsas icraçı qurumlar, habelə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əlaqəli və birgə fəaliyyətin təmin edilməsi, eləcə də tədbirlərin tam, vaxtında və mahiyyəti üzrə icrası üçün zəruri və tələb olunan tədbirlərin görülməsi, icra zamanı mövcud ola biləcək risklərin vaxtında müəyyən olunaraq aradan qaldırılması istiqamətində müzakirələr aparılıb.
 
İclasda həmçinin, işçi qrupun növbəti iclasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilməsi və həmin iclasda hər bir qurumun əsas icraçısı olduğu tədbirlər üzrə hesabatların dinlənilməsi də müzakirə edilib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info