Manvel Sarkisyan: “Ermənistan hakimiyyəti yardımları mənimsəyir”
Tarix: 28.11.2017 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


Ötən həftə Los-Ancelesdə Ümumdünya Hayestan Fondu növbəti telemarafon keçirərək 12,5 milyon dollar vəsait toplayıb Ermənistana yardım edib. Hər il keçirilən telemarafona qoşulanların sayı ilə yanaşı, yığılan məbləğ də azalır və bu da Ermənistan cəmiyyətində birmənalı qarşılanmır. Misal üçün, ötən il 15,5 milyon dollar vəsait toplanıb və bu da cari il toplanan vəsaitdən azdır.
Erməni politoloq Manvel Sarkisyan yerli mətbuata müsahibəsində telemarafon iştirakçılarının və toplanan vəsaitin ildən-ilə azalmasını təbii hesab edir. O qeyd edir ki, 20 il ərzində keçirilən telemarafonlarda 330 milyon dollardan çox pul toplanaraq Ermənistana verilib. Lakin bu pullar təyinatı üzrə xərclənmir. Dünyanın varlı erməniləri milyonlarla dolları toplayıb erməni xalqının güzəranının yaxşılaşması üçün verirlər. Lakin Ermənistan hökuməti yardım kimi toplanan pulları mənimsəyir.
Politoloq bildirib ki, bu gün Ermənistanda elə rayonlar var ki, oradakı insanlar çar Rusiyasi dövründə tikilən binalarda yaşayırlar. Ermənistan kəndlərinin bir çoxunun yolu, məktəbi, tibb məntəqəsi yoxdur. Politoloq qeyd edib ki, əgər kəndlərdə yol yoxdursa, ehtiyac içində olan insanlara yardım edilmirsə onda telemarafonda bu problemlərin aradan qaldırılması üçün toplanan vəsait hara xərclənir? M.Sarkisyan özü də suala cavab verərək bildirib ki, yardım məqsədilə yığılan pullar Ermənistan hakimiyyətinin nümayəndələri tərəfindən mənimsənilir. Bunu görən dünya erməniləri isə telemarafona qoşulmaqdan imtina edir və Ermənistana daha yardım etmək istəmirlər. Ona görə də telemarafon zamanı toplanan pulun məbləği getdikcə azalır.
Politoloq keçmiş prezident Robert Köçəryanın və hazırkı prezidentin qardaşı Saşik Sarkisyanın çox imkanlı biznesmen olduqlarını bildirərək onların fonda pul köçürməmələrini xatırladır və bunun təəccüblü olduğunu qeyd edir. Nəzərə çatdırır ki, 20 il ərzində toplanan pullar hesabına bir kilometr yol çəkilməyib, bir məktəb tikilməyib.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info