Azərbaycan və Tacikistan kitabxanaları arasında memorandum imzalanıb
Tarix: 28.11.2017 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Tacikistanın paytaxtı Düşənbədə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin milli kitabxanaları direktorlarının dördüncü iclası keçirilib.
Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, iclasda təşkilatın veb-saytının ilkin olaraq ingilis və rus dillərində fəaliyyət göstərməsi, hər təşkilat üzrə əlaqələndirici şəxsin təyin olunması, saytda üzv ölkələr haqqında məlumatın verilməsi, informasiyaların ötürülməsi və digər məsələlərin həlli müzakirə olunub. Tədbirdə, həmçinin növbəti toplantı vaxtının və yerinin təyin olunması məsələlərinə baxılıb.
Daha sonra Azərbaycan Milli Kitabxanası ilə Tacikistan Milli Kitabxanası arasında əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb. Azərbaycan, tacik və rus dilində imzalanan memorandumda kitab mübadiləsinin inkişaf etdirilməsi, mədəni irsin qorunması və mühafizəsi, tədqiqi, qarşılıqlı sərgilərin təşkili, birgə layihələrin işlənməsi, habelə beynəlxalq kitab sərgilərində və elmi konfranslarda iştirak, təcrübə mübadiləsi, elektron resurslardan qarşılıqlı istifadə və digər məsələlər əks olunur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb
16.11.2018
Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info