Astanada “Türk barometri” layihəsi təqdim olunub
Tarix: 28.11.2017 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


Astanada Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə “Türk dünyasında mənəvi yenilənmə: Tarix, şüur, şəxsiyyət” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfrans çərçivəsində türkdilli dövlətlər və xalqlar arasında elmi-sosioloji tədqiqatların keçirilməsini nəzərdə tutan “Türk barometri” layihəsi və aparılmış ilk tədqiqatın nəticələri təqdim olunub.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən geniş nümayəndə heyətlərinin qatıldıqları toplantıda bildirilib ki, “Тürk barometri” Avropa İttifaqının “Avrobarometr” tədqiqat proqramı və dünyanın digər regionlarında aparılan “Afrobarometr”, “Latınbarometr” kimi araşdırmalara bənzər bir layihədir.
“Türk barometri”ni yaratmaqda əsas məqsəd türkdilli dövlətlərin vətəndaşlarının Türk Şurası tərəfindən aparılan inteqrasiya proseslərinə sosial reaksiyalarını, iqtisadi və mədəni aspektlərdən düşüncələrini araşdırmaqdır. Eyni zamanda layihə bu ölkələrin əsas sosial və iqtisadi göstəricilərini ölçmək, xalqlar arasında əməkdaşlıq üçün əlverişli kəsişmə nöqtələrini müəyyən etmək niyyəti güdür.
Beynəlxalq Türk Akademiyasının həyata keçirdiyi ilk tədqiqatın nəticələrini təqdim edən sosioloq Botagöz Rakişeva birinci sosial araşdırmanın Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın paytaxt sakinləri arasında keçirildiyini qeyd edib. Araşdırma zamanı ölkələrin hər birindən 500 nəfər 60-dan çox sualı cavablandırıb. Sorğuda “Türk ölkələrinin mədəniyyətini nə qədər tanıyırsınız?”, “Türk dünyasının elm, mədəniyyət, incəsənət və idman sahələrində ən tanınmış nümayəndələri kimlərdir?”, “Türk dünyasında ən nüfuzlu şəxsiyyətlər kimlərdir?”, “Türk dünyasındakı xəbərləri hansı mənbələrdən alırsınız?” kimi suallar yer alıb.
Qeyd edək ki, “Türk barometri” türkdilli ölkələrdə sistemli olaraq altı ayda bir və ya ildə bir dəfə sorğu üsulu ilə keçiriləcək. Araşdırmada 18 yaşına çatmış hər kəs iştirak edə bilər. “Türk barometri” layihəsi gələcəkdə türkdilli dövlətlər arasında sosial araşdırmaların daimi bazasını təşkil edəcək.
Fuad




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
ABŞ İranın daha 31 şəxs və şirkətini sanksiya siyahısına saldı
23.03.2019
Meksika senatında Novruz bayramı təntənəsi
22.03.2019
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
22.03.2019
Ağ Ev: Suriya İŞİD-dən azad edilib
22.03.2019
Yeni Zelandiyada məsciddə oxunan azan dövlət televiziyasında canlı yayımlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info