Vaan Badasyan: « Bizim hakimiyyətin məsxərəyə qoyulması çox utancvericidir »
Tarix: 28.11.2017 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


«Bu gün biz Rusiyadan çox pis şəkildə asılıyıq”

Avropa Birliyi ilə Ermənistan arasında saziş imzalanıb. Maraqlıdır bu sazişə Ermənistandakı münasibət necədir? Qeyd edək ki, Ermənistan əhalisinin əksəriyyəti bunu təhlükəsizlik təminatı məsələləri ilə əlaqələndirərək, bu sazişə dəstək verirlər. Lakin maraqlıdır, Avropaya üz tutan Ermənistanın Rusiyadan asılılığı aradan qalxacaqmı? Unutmaq lazım deyil ki, ermənilərin 70 faizi mövsümi iş üçün Rusiyaya üz tuturlar. Bundan əlavə, ermənilərin bir çoxu Ermənistanın özündə Rusiya kapitalı ilə fəaliyyət göstərən (dəmiryolu, rabitə, energetika) müəssisələrdə işləyir və ya Rusiya hərbi strukturlarında qulluq edirlər. Erməni ekspertlərin bəziləri ölkənin Avrasiya Birliyinə qatilmasını səhv addım kimi dəyərləndirərək, bunun Ermənistan üçün tənəzzülə yol açdığını da iddia edirlər. Avropa Birliyi ilə saziş imzalayan Ermənistanı gələcəkdə nələr gözləyir? Bununla bağlı «1in.am» saytının suallarını cavablandıran erməni siyasətçi Vaan Badasyana görə, ölkə rəhbərliyinin ilk olaraq ümdə vəzifəsi ölkədəki miqrasiyanın qarşısını almaqdan ibarət olmalıdır:”Belə olan təqdirdə biz iqtisadi cəhətdən inkişaf edə və güclənə bilərik”.
Sayt əməkdaşının “Avropa Birliyi ilə bağlanan sənədin Ermənistanda islahatlar aparılması baxımından qeyd etdiyiniz sahələrə kömək edəcəkmi” sualına cavab olaraq, erməni siyasətçi buna müxtəlif istiqamətlərdə yanaşmağı məsləhət görür. Ölkədəki qanunvericilik bazasının getdikcə utancverici hala gəldiyini qeyd edən Vaan Badasyan səbəb kimi, ölkədəki hüquq-mühafizə orqanlarının yarıtmaz işini, özbaşnalıqlarını önə çəkir.
Maraqlıdır ki, sayt əməkdaşı imzalanan sənədin dekolonizasiya (müstəmləkəçilikdən azad olma) ilə bağlı onlara nə qədər təkan verə biləcəyni sual kimi qoyur.

“Avropadan Ermənistana mal idxal və ixrac ediləcəyi təqdirdə, bütün bunlar sonra vergiyə cəlb edilməlidir. Bu vergilər isə Avrasiya İqtisadi Birliyinin razılaşmasına əsasən, Rusiya büdcəsi olan Gömrük İttifaqının büdcəsinə gedəcək. Bizim suverenliyimiz başqalarına təslim edildiyi kimi, gəlirlərimiz də başqa insanların ciblərinə axacaq”

Badasyan bildirir ki, qəribə də olsa, Rusiya bu sənədə hələ ki, heç bir eyham və ya tənqidi münasibət nümayiş etdirməyib. Axı Rusiya niyə də şikayətçi olmalıdır. Avropadan Ermənistana mal idxal və ixrac ediləcəyi təqdirdə, bütün bunlar sonra vergiyə cəlb edilməlidir. Bu vergilər isə Avrasiya İqtisadi Birliyinin razılaşmasına əsasən, Rusiya büdcəsi olan Gömrük İttifaqının büdcəsinə gedəcək. Bizim suverenliyimiz başqalarına təslim edildiyi kimi, gəlirlərimiz də başqa insanların ciblərinə axacaq.
Sayt əməkdaşının «Psixoloji cəhətdən bu, bizim birbaşa xarici siyasətimizi qane edirmi» sualına Badasyanın cavabı belə olub: «Bu gün biz hələ də Rusiyadan, özü də çox pis şəkildə asılıyıq. Rusiyanın rəsmi dövlət telekanalları Ermənistanın hakim Respublikaçı partiyasını və Njdeni istehza obyektinə çevirir. Lakin bütün bunların heç biri hər hansı bir təbəssümə səbəb olmamalıdır. Mən belə hesab edirəm ki, erməni xalqının da qurtulmağa çalışdığı bu bədbəxt mafiya partiyasının sonuna günlər və ya saatlar qalıb. Təbii ki, mənim, bəlkə də digər ermənilər üçün bizim hakimiyyətin məsxərəyə qoyulması çox utancvericidir. Onlar erməni hakimiyyətini deyil, erməni xalqına istehza etdiklərini unudurlar. Bu, bizim üçün böyük acı olsa da, amma cavab vermək iqtidarında deyilik. Bunlar hamısı Rusiyanın Ermənistanın suverenliyinə tüpürdüyünə dəlalət edir».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info