Ə.Arslan: “Türkiyə, Azərbaycan və Gürcüstan birlikdə Avrasiya üçün mühüm əhəmiyyətə malik layihələr reallaşdırır
Tarix: 28.11.2017 | Saat: 20:51:00 | E-mail | Çapa göndər




“Türkiyə, Azərbaycan və Gürcüstan birlikdə təkcə bizim region üçün deyil, Avropa və Asiya üçün mühüm əhəmiyyət kəsb edən layihələr reallaşdırır. Həmin layihələr bu gün Tbilisidə keçirilən İpək yolu konfransında da müzakirə olunur”. Bu fikirləri jurnalistlərə müsahibəsində Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan səsləndirib.
“Bizim birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars və TANAP layihələri dünya üçün də mühüm əhəmiyyət kəsb edir. Bizim bu layihələrimiz təkcə nəqliyyat, enerji təhlükəsizliyi sahəsində deyil, xalqlarımızın rifah halının yaxşılaşdırılması, mədəni dəyərlərin inkişafı baxımından da çox faydalıdır”, – deyə türkiyəli nazir qeyd edib.
Əhməd Arslanın sözlərinə görə, artıq bütün dünya Azərbaycan, Türkiyə və Gürcüstanın reallaşdırdığı layihələrin faydasını görür. Bugünkü müzakirələr bunu bir daha təsdiqlədi.
Nazir konfransda iştirak edən bir sıra ölkələrin nümayəndə heyətləri ilə keçirdikləri görüşlər barədə də məlumat verərək deyib ki, müzakirələr zamanı onlar Türkiyə, Azərbaycan və Gürcüstanın birgə reallaşdırdığı layihələri dəstəklədiklərini və bu layihələrə qoşulmaq niyyətlərini bildiriblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Bakıda İran Ticarət Mərkəzi açılıb
19.04.2019
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19.04.2019
Qış havası olacaq: şimşək çaxacaq, yağış yağacaq, qar yağacaq...
19.04.2019
Hacıqabulda avtobus istehsalı zavodunun təməli qoyuldu
19.04.2019
İlin ilk iki ayında Azərbaycanla İranın ticarət dövriyyəsi 4,5 dəfə artıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info