“Məqsədimiz Trans-Avropa və Trans-Asiya dəhlizlərini birləşdirəcək infrastruktur yaratmaqdır”
Tarix: 28.11.2017 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


Tbilisidə keçirilən “İpək Yolu” Beynəlxalq Forumu işini panel iclaslarla davam etdirib.
AZƏRTAC xəbər verir ki, nəqliyyat infrastrukturunun inkişafı məsələlərinə həsr olunmuş panel iclasında Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə çıxış edib.
Nazir deyib ki, Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dayanıqlı inkişaf strategiyasını Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan bu kontekstdə nəqliyyat strukturunun inkişafına xüsusi önəm verir. Yeni infrastrukturların, logistik mərkəzlərin yaradılması, xidmətin keyfiyyətinin yüksəldilməsi diqqət mərkəzindədir.
Ramin Quluzadə bildirib ki, Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinə böyük önəm verir və bu layihələrin inkişafında fəal iştirak edir. 2004-cü ildə Azərbaycanda 11 min kilometr uzunluğunda avtomobil yolu salınıb və bunun 1300 kilometri məhz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini əhatə edib.
Nazir hazırda tikintisi davam edən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə də ətraflı məlumat verib. Bildirib ki, bu liman təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün mühüm əhəmiyyət kəsb edir. Limanın tikintisinin birinci fazası başa çatdıqdan sonra mal dövriyyəsi 15 milyon ton, konteyner daşınması isə 100 min təşkil edəcək. Limanın tikintisi tam başa çatdıqdan sonra isə mal dövriyyəsinin 25 milyon tona, konteyner daşınmasının isə 1 milyona çatdırılacağı gözlənilir.
Azərbaycanın dəmir yolunun da modernləşdirildiyini deyən nazir Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışını xüsusi qeyd edib. Bildirib ki, bu yol Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri nəticəsində tikilib. Bu layihə bizim ölkələrimiz arasında əməkdaşlığı genişləndirməklə yanaşı, ticarət dövriyyəsinin və investisiya yatırımlarının artırılması üçün də yeni imkanlar yaradacaq.
“Azərbaycanın əsas məqsədi Trans-Avropa və Trans-Asiya dəhlizlərini birləşdirəcək yeni nəqliyyat infrastrukturu yaratmaqdır”, - deyə R.Quluzadə çıxışında vurğulayıb.
Nazir İpək Yolu Forumunun işini yüksək qiymətləndirib və deyib ki, bu Forum ölkələrimiz arasındakı əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info