Cocuq Mərcanlı məktəbinə 400 kitab hədiyyə edilib
Tarix: 28.11.2017 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər ediblər.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, səfər zamanı əməkdaşlara dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncama müvafiq olaraq həmin ərazidə aparılan işlər, bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları barədə ətraflı məlumat verilib.
Cəbrayıl rayonunun Novruz Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbini ziyarət edən MEK təmsilçiləri birinci sinif şagirdləri ilə görüşüb, 400-dək kitabı məktəbin kitabxanasına hədiyyə veriblər.
Daha sonra qonaqlar Cocuq Mərcanlıda tikilən məscidə gələrək buranın axundu Elman Piriyevlə görüşüblər. Kitabxana əməkdaşları Cocuq Mərcanlı kəndində qısa müddətdə aparılan tikinti-quruculuq, yenidənqurma işləri ilə tanış olublar.
Sonda MEK nümayəndələri Horadiz-Cəbrayıl avtomobil yolunun kənarındakı “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət ediblər.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Abşeronlular Novruz bayramını əsgərlərlə bir yerdə qeyd ediblər
21.03.2019
Naxçıvanda yeni məscid inşa olunur
21.03.2019
Qarabağa şölə saçan Novruz tonqalları
20.03.2019
Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir
19.03.2019
Lənkəranda kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info