Xorvatiya ilə əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclası keçirilib
Tarix: 29.11.2017 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə komissiyanın ilk iclası keçirilib. İclasda Birgə Komissiyanın Azərbaycan tərəfdən həmsədri, vergilər naziri Fazil Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti, Xorvatiya tərəfdən isə Birgə Komissiyanın həmsədri, baş nazirin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri Martina Daliçin başçılıq etdiyi Xorvatiya nümayəndə heyəti iştirak ediblər.
Birgə komissiyanın həmsədri, vergilər naziri Fazil Məmmədov iclas iştirakçılarını salamlayaraq komissiyanın 2013-ci il martın 11-də Zaqreb şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”ə əsasən yaradıldığını və ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafına xidmət edəcəyini bildirib. F.Məmmədov bildirib ki, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından keçən dövr ərzində ölkə prezidentlərinin qarşılıqlı səfərləri həyata keçirilib, bir neçə dəfə yüksək səviyyədə görüşlər olub, ölkələrimizin qarşılıqlı əlaqələri ilə bağlı 20-dək müqavilə imzalanıb. Qeyd olunub ki, ölkələrimiz arasında 2016-cı ildə ticarət dövriyyəsinin həcmi 284,7 mln. ABŞ dolları təşkil edib ki, bunun da 51,2 mln. dolları idxalın, 233,5 mln. dolları ixracın payına düşüb. 2017-ci ilin yanvar-sentyabr ayları üzrə ticarət dövriyyəsi 105 mln. ABŞ dolları həcmində olub. Komissiya qarşısında duran mühüm istiqamətlərdən birinin iqtisadi əlaqələrin genişləndirilməsinə dəstək verilməsi olduğunu deyən F.Məmmədov aparılan danışıqların, əldə olunan razılaşmaların və imzalanan sənədlərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına zəmin yaradacağına əminliyini ifadə edib.
Nazir Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın genişlənməsində biznes əlaqələrin mühüm rol oynadığını bildirərək, indiyədək hər iki ölkədə işgüzar dairələr arasında birbaşa təmasların inkişafı baxımından əhəmiyyət kəsb edən 4 biznes forum keçirildiyini diqqətə çatdırıb. Ölkələr arasında ikitərəfli münasibətlərə böyük töhfələr verə biləcək bir çox perspektivli sahələr olduğunu vurğulayan F.Məmmədov son illər Azərbaycanda müxtəlif yeni sənaye parklarının yaradıldığını və bu parklarda investorlar üçün cəlbedici şərtlərin, o cümlədən vergi güzəştlərininmövcud olduğunu komissiya üzvlərinin diqqətinə çatdırıb. Energetika sahəsində əməkdaşlığın önəmini vurğulayan nazir bildirib ki, Xorvatiya Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan Transadriatik qaz kəməri (TAP) layihəsinin həyata keçirilməsində maraqlıdır. Azərbaycan eyni zamanda həm TAP, həm də İon-Adriatik qaz kəmərlərinin tikintisi üzrə qarşılıqlı anlaşma, dəstək və əməkdaşlıq haqqında memorandum imzalayan dövlətlərdən biridir.Qeyd olunub ki, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri tamamlanaraq İon-Adriatik kəməri ilə bir şəbəkəyə qoşulmaqla gələcəkdə Azərbaycan təbii qazının Balkan ölkələrinə nəqlinə nail olunacaq. Xorvatiya Respublikası baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri Martina Daliç qarşılıqlı maraqlar və dostluq prinsiplərinə əsaslanan əməkdaşlığa açıq olduqlarını qeyd edib. Xanım Daliç Azərbaycan və Xorvatiya arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişaf etdiyini bildirərək, iqtisadi əməkdaşlıq üzrə Birgə komissiyanın ilk iclasının müxtəlif sahələrdə uğurlu əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan və Xorvatiya arasında sənaye, energetika, nəqliyyat, idman, turizm, təhsil, xüsusilə informasiya texnologiyaları sahəsində mövcud potensialı reallaşdırmaq üçün geniş imkanlar mövcuddur.
İclasda iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi və daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub. Tərəflər siyasi, iqtisadi və humanitar əməkdaşlıq sahələrində ciddi irəliləyişə nail olunduğunu, əlaqələrin inkişaf etdirilməsi üçün geniş hüquqi baza yaradıldığını bildirib, gələcək əməkdaşlıq sahələrini genişləndirmək məqsədilə kimya, təkrar emal, yüngül sənaye, gəmiqayırma və əczaçılıq sahələri üzrə əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.
Martina Daliç Azərbaycan tərəfinə səmimi qəbul üçün təşəkkürünü bildirərək, Xorvatiya-Azərbaycan əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səy göstərəcəklərini vurğulayıb. İclasın sonunda Azərbaycan ilə Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 1-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov və Xorvatiya Respublikası baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri Martina Daliç imzalayıblar. İclas çərçivəsində Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov və Xorvatiya Respublikası baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri Martina Daliçin təkbətək görüşü də keçirilib. Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə perspektivləri müzakirə olunub, ölkələrimiz arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Arıçılara subsidiya verilməsi ilə bağlı qərar 5 il müddətində qüvvədə olacaq
20.09.2018
Azərbaycanda Çinlə birgə elektron ticarət platforması yaradıla bilər
20.09.2018
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın satışı üçün sertifikat və lisenziya alıb
20.09.2018
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
20.09.2018
Pambığın alış qiyməti artırılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info