Barama istehsalı və emalına xarici investisiyalar cəlb ediləcək
Tarix: 29.11.2017 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Dövlət Proqramı: “2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur”

Tədarük olunmuş baramanın ilkin emalı üçün barama qurutma məntəqələri, o cümlədən Ağcabədi, Balakən, Bərdə, Göyçay, Tovuz, Zaqatala və Zərdab rayonlarında barama qəbulu və emalı məntəqələri yaradılacaq

Azərbaycanda 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur. Bu barədə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında Azərbaycanda barama istehsalçılarının assosiasiyasının yaradılması da əks olunub. İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri 2018-2019-cu illərdə barama istehsalçılarının assosiasiyasının yaradılmasını təmin etməlidir. Tədbirlər Planında baramaçılıq və ipəkçilik sahəsində klaster yanaşmanın tətbiqinin dəstəklənməsi, yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, ilkin toxumçuluğun təşkili istiqamətində elmi tədqiqat işlərinin genişləndirilməsi, baramaçılıqla məşğul olan təsərrüfat subyektlərini sənaye tut ipəkqurdu toxumu ilə təmin edəcək toxumçuluq (qren) zavodlarının yaradılmasının dəstəklənməsi də qeyd olunub. Həmçinin tədarük olunmuş baramanın ilkin emalı üçün barama qurutma məntəqələri, o cümlədən Ağcabədi, Balakən, Bərdə, Göyçay, Tovuz, Zaqatala və Zərdab rayonlarında barama qəbulu və emalı məntəqələri yaradılacaq, barama istehsalı və emalına yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində tədbirlər görüləcək. Qeyd edək ki, Şəmkirdə baramaçılığın inkişafı ilə əlaqədar tut bağları salınır. Artıq bələdiyyə və xüsusi mülkiyyətə aid torpaqlarda 14 min tut tinginin əkilməsi təmin olunub. Ümumilikdə, cari ildə rayon ərazisində 40 min tut tinginin əkini planlaşdırılıb. Yerli bələdiyyələrin tərkibində yaradılan məhdud məsuliyyətli cəmiyyətlərdə də proses davam edir. Qaracəmirli bələdiyyəsinin təşəbbüsü ilə təşkil olunan növbəti əkin zamanı torpağa 1000-dən çox ting basdırılıb. Qaracəmirli bələdiyyəsinin sədri Rövşən Quliyev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: “Bizim kənddə 11 min tut tinginin əkini nəzərdə tutulub. Hazırda kəndin müxtəlif ərazilərində bu işlər aparılır. Məqsədimiz tinglərə düzgün aqrotexniki qulluq göstərib baramaçılığa öz töhfəmizi verməkdir”. Qeyd edək ki, ötən ildə Şəmkirdə 40 min tut tingi əkilib. Balakən rayonunda da baramaçılığın yem bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Payız mövsümünün əvvəlindən indiyədək rayon ərazisində bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələrində 17 min ədəd tut tingi əkilib. Bundan əlavə, yaxın günlərdə Çindən ölkəmizə gətiriləcək tut tinglərindən 80 min ədədinin də rayon ərazisində əkilməsi təmin olunacaq. Xatırladaq ki, 2016-cı ildə Balakən rayonu ərazisinə 100 min ədəd tut tingi əkilib. Builki mövsümdə rayonda 11,5 ton yaş barama istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 3,7 dəfə artıb. Balakənli kümçülər barama istehsalından 100 min manatdan çox gəlir əldə ediblər.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycan neftinin bir barreli 80,34 dollara satılır
21.09.2018
Toxuculuq sənayesi 63 faiz artıb
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info