Gürcüstanın birinci xanımı azərbaycanlı gəncləri mükafatlandırıb
Tarix: 29.11.2017 | Saat: 03:06:00 | E-mail | Çapa göndər


Gürcüstan prezidenti administrasiyasında azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsində erkən nikahın qarşısının alınması ilə bağlı həyata keçirilmiş layihənin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib
APA-nın yerli bürosunun məlumatına əsasən, layihə Gürcüstan prezidentinin ehtiyat fondunun maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və Niderland səfirliyi tərəfindən həyata keçirilib.

Layihə çərçivəsində azərbaycanlı gənclər Kvemo Kartlinin 90 məktəbində yuxarı sinif şagirdləri ilə görüşlər keçirib. Görüşlərdə erkən evliliklə bağlı maarifləndirici məlumatlar və broşürlər təqdim olunub.
Tədbirdə çıxış edən Gürcüstanın birinci xanımı Maka Çiçua erkən nikahın mənfi fəsadlarından danışıb. Onun sözlərinə görə, erkən nikahların qarşısının alınması çox vacibdir: “Gürcüstan prezidenti qadınların hüquqlarının qorunması və erkən nikahların qarşısının alınmasına hər zaman dəstək olmağa hazırdır. Erkən nikah kimi ciddi problemlə cəmiyyətin fəal iştirakı olmadan mübarizə aparmaq mümkün deyil”.
Tədbirin sonunda layihə iştirakçılarına və ən yaxşı esse, ən yaxşı rəsm, ən yaxşı foto müsabiqələrinin qalibləri mükafatlandırılıb.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır
24.05.2019
ABŞ-ın Türkiyəyə C-400 və sanksiya hədəsində FETO izi
24.05.2019
“Daşnaksütyun“ Paşinyanın istefasını tələb edəcək
24.05.2019
Çinin xarici işlər naziri ilk dəfə Gürcüstana səfərə gəlib
23.05.2019
Ermənilərin 45 faizi işsizliyi əsas problem hesab edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info