İtaliyanın informasiya agentliyi: Azərbaycan NATO və Aİ ilə münasibətləri gücləndirir
Tarix: 29.11.2017 | Saat: 06:01:00 | E-mail | Çapa göndər


İtaliyanın “Agenparl” informasiya agentliyi “Azərbaycan NATO və Avropa İttifaqı ilə münasibətləri gücləndirir” adlı məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçikaya işgüzar səfəri çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşü, müzakirə olunan məsələlər, o cümlədən NATO-nun Şimali Atlantika Şurasının iclasında çıxışı barədə məlumat verilir.
Bildirilir ki, Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycan ilə NATO arasında müxtəlif sahələrdə həyata keçirilən uğurlu əməkdaşlıq əlaqələrindən, Azərbaycanın NATO-nun müxtəlif missiya və əməliyyatlarında fəal iştirakından, Ermənistanın Azərbaycana qarşı təcavüzündən bəhs edib. Dövlət başçısı münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinin vacibliyini vurğulayıb, həmçinin Azərbaycanın iqtisadi inkişafı, iştirak etdiyi irimiqyaslı layihələr, Cənub Qaz Dəhlizinin strateji önəmi haqqında danışıb.
Məqalədə Prezident İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Şərq Tərəfdaşlığı Sammitində iştirakı və Sammitin plenar iclasındakı çıxışından da bəhs olunur. Qeyd edilir ki, Prezident İlham Əliyev Avropa İttifaqını Azərbaycanın ən əsas ticarət tərəfdaşı adlandırıb və təşkilat ilə əməkdaşlığın inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasət prioritetlərindən biri olduğunu vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın xarici ticarət dövriyyəsinin 50 faizinin Avropa İttifaqına üzv ölkələrin payına düşdüyünü və Azərbaycanın Aİ-nin doqquz ölkəsi ilə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul etdiyini bildirib. Həmçinin qeyd edilir ki, dövlət başçısı Azərbaycanda siyasi, iqtisadi, demokratiya və insan hüquqları, sosial sahədə həyata keçirilən uğurlu islahatlar haqqında danışıb, Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayıb. Bundan əlavə, Prezident Bakı-Tbilisi-Qars dəmir yolunun strateji əhəmiyyətindən bəhs edib, eləcə də Avropanın enerji xəritəsinə əhəmiyyətli dərəcədə təsir göstərəcək Cənub Qaz Dəhlizindən söz açıb.
Yazıda Şərq Tərəfdaşlığı Sammitində qəbul edilmiş Birgə Bəyannamə haqqında da məlumat verilir. Bildirilir ki, Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib, Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulanıb, Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad olunub ki, həmin sənəddə Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qeyd edilib.
Məqalədə, həmçinin vurğulanır ki, Birgə Bəyannamədə Azərbaycan Respublikasının fəal iştirakı ilə həyata keçirilən nəqliyyat və enerji layihələrinə xüsusi dəstək qeyd edilib, “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb etdiyi əks olunub. Bəyannamədə Azərbaycan Respublikasının iştirakı ilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə həyata keçirilən ikitərəfli və çoxtərəfli layihələrə xüsusi diqqət yetirilib. Gələcək illər üçün Şərq Tərəfdaşlığı ölkələri ilə həyata keçiriləcək birgə əməkdaşlıq istiqamətləri sırasında Azərbaycan Respublikasının Avropa İttifaqı ilə vizasız gediş-gəliş sənədlərinin işlənməsi xüsusi yer alıb.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info