“İrəli” regional turnirlərə davam edir
Tarix: 29.11.2017 | Saat: 15:06:00 | E-mail | Çapa göndər


"Azərbaycan İntellektual Birİncisi” layihəsi artıq ikinci ildir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət proqramının alt sənədinə uyğun olaraq "Azərbaycanın İntellektual Birİncisi” layihəsi həyata keçirilir.
25.11.17 tarixində "Azərbaycan İntellektual Birİncisi” layihəsinin Saatlı, Salyan, Beyləqan, Hacıqabul, Şirvan, Neftçala, Sabirabad, İmişli, Kürdəmir şəhər və rayonlarının gənc intelektuallarının iştirakı ilə Aran üzrə regional turniri Sabirabad şəhərində keçirilib. Layihədə "Xəmsə”, "Nə? Harada? Nə zaman?” intellektual oyunlarında Saatlı, "Axtar Tap” intellektual oyununda Kürdəmir, "Vətəni tanı” intellektual oyununda Sabirabad şəhərinin gənc intellektualları qalib olublar.
26.11.17 tarixində "Azərbaycan İntellektual Birİncisi” layihəsinin Biləsuvar, Lənkəran, Cəlilabad, Yardımlı, Lerik, Astara şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Lənkəran şəhərində regional turniri keçirilib. Layihədə "Xəmsə”, "Nə? Harada? Nə zaman?” intellektual oyunlarında Lənkəran, "Axtar Tap” intellektual oyununda Biləsuvar, "Vətəni tanı” intellektual oyununda Yardımlı şəhərinin gənc intellektualları qalib olublar.
Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.
Gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar tap", "Vətəni Tanı") üzrə baş tutacaq "Azərbaycanın İntellektual BİRincisi" layihəsi çərçivəsində 62 rayondan 1400 nəfər gəncin iştirakı gözlənilir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edir. Layihə zamanı regional turnirlər Bakı, Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəmkir, Mingəçevir, Şəki, Sabirabad, Lənkəran rayon və şəhərlərində inşa olunmuş Gənclər Evi və Gənclər Mərkəzində keçirilir.
Bütün region turnirlərinin açılış mərasimində "İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov iştirak edib və region gəncləri ilə görüşüb. "İrəli” sədri çıxışında bildirib ki, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar həyata keçirilən bu layihə ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən təşəbbüsdür. Gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətə davamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir”."İrəli” sədri onu da qeyd edib ki, biz regional turnirlərdə istedadlı, intellektual gənclərimizin çox olduğunun şahidi olduq.
Qeyd edək ki, layihə hazırda davam edir və Azərbaycanın 10 regional turniri yekunlaşıb.
"Azərbaycanın İntellektual Birİncisi” layihəsinin final mərhələsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçirilməsi planlaşdırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info