Özbəkistan səfirliyi MEK-ə kitablar hədiyyə edib
Tarix: 29.11.2017 | Saat: 15:08:00 | E-mail | Çapa göndər


Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi AMEA Mərkəzi Elmi Kitabxanasına Özbəkistanın tarixini, mədəniyyətini, müasir dövlət quruculuğunu əks etdirən kitablar hədiyyə edib. Kitablar MEK-in Akademiklər  zalında yerləşən Diplomatik fondda bu ölkə üçün ayrılmış xüsusi guşədə yerləşdirilib.
Kitabları MEK-ə Özbəkistan səfirliyinin müşaviri Muxammad Botraliyev, səfirliyin digər əməkdaşları Baxodir Musaxocayev və Oybek Akramov təqdim ediblər. Akademiklər zalında keçirilən görüşdə Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova türk ölkələri içərisində Özbəkistana aid bölmənin yaradılmasından və qardaş ölkə ilə təməli qoyulan yeni əməkdaşlıqdan  məmnun olduğunu söyləyib. Bu addımı iki ölkə arasındakı dostluq münasibətlərinin və mədəni əlaqələrin inkişafına töhfə kimi dəyərləndirən direktor bildirib ki, hədiyyə olunan kitablar qısa müddətdə MEK-in elektron kataloquna yerləşdiriləcək.
Özbəkistan səfirliyinin müşaviri Muxammad Botraliyev səmimi münasibətə görə MEK rəhbərliyinə təşəkkür edib və ölkələr arasında elmi-mədəni əlaqələrin, xüsusilə ədəbiyyat mübadiləsinin əhəmiyyətindən danışıb.
Sonda qonaqlar Mərkəzi Elmi Kitabxananın fondlarını, oxu zallarını gəzib, kitabxananın iş fəaliyyəti ilə yaxından tanış olub və xatirə fotoları çəkdiriblər.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Qırğızıstanda türk dövlətlərinin etnofestivalı keçirilib
20.04.2019
Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info