DMX rəisi, Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının sessiyasına qatılıb 
Tarix: 29.11.2017 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


Noyabrın 28-də Cenevrə şəhərində Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Şurasının 108-ci sessiyası öz işinə başlayıb.
Dövlət Miqrasiya Xidmətindən (DMX) bildiriblər ki, dekabrın 1-dək davam edəcək sessiyanın açılışında gündəliyə uyğun olaraq, əvvəlcə təşkilati məsələlərə baxılıb. Məsul şəxslərin seçilməsindən sonra quruma üzvlüklə bağlı müraciət edən Kuba Respublikası və Kuk Adalarının namizədliyi səsə qoyulub və yekdilliklə təşkilatın üzvü seçiliblər. Sonra müşahidəçi qismində təmsilçilik üçün müraciətlərə baxılıb. Küveyt Dövlətinin, bir sıra beynəlxalq təşkilatların, eləcə də qeyri-hökumət təşkilatlarının Beynəlxalq Miqrasiya Təşkilatı Şurasında müşahidəçi qismində iştirakı səsvermə yolu ilə təsdiqlənib.
Sessiyada BMqT-nin baş direktoru Uilyam Leysi Svinq geniş hesabat məruzəsi ilə çıxış edib. Təşkilatın yaranması, fəaliyyəti barədə ətraflı məlumat verən baş direktor Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının 108-ci sessiyası çərçivəsində qlobal miqrasiya proseslərinin müxtəlif aspektlərini əhatə edən mövzuların müzakirə olunacağını deyib.
U.L.Svinq dünyada miqrasiya proseslərinin hazırkı vəziyyətini əks etdirən statistik rəqəmləri sessiya iştirakçılarının nəzərinə çatdırıb.
Sonra təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya üzrə qlobal kompaktla bağlı BMT Baş Assambleyasının prezidenti Miroslav Layçak, BMT baş katibinin beynəlxalq miqrasiya üzrə xüsusi nümayəndəsi Luiza Arbur çıxış ediblər. Çıxış edənlər miqrasiya siyasəti və mexanizmlərinin daha da təkmilləşdirilməsi, təşkilatın fəaliyyətinin hazırkı durumu və perspektivləri barədə danışıblar.
Sessiya çərçivəsində “Miqrantların inteqrasiyasını və sosial vəhdəti təşviq edən innovativ tərəfdaşlıqlar vasitəsilə əməkdaşlıq”, “Dünya Miqrasiya Hesabatı 2018: qloballaşan dünyada miqrasiyanı və mobilliyi (yerdəyişmə) anlamaq” və “Təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiyaya dair qlobal kompakt çərçivəsində miqrasiya və iqlim dəyişikliyi ilə bağlı məsələlərin həlli üçün imkanlar” mövzularında yüksək səviyyəli panellərin keçirilməsi planlaşdırılır.
DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev və Azərbaycan Respublikasının BMT-nin Cenevrədəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov sessiyada iştirak edirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
ABŞ nəşrində “İpək Yolu, gələcəyə səfər, Bakı Limanı” başlıqlı yazı dərc edib
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar
14.11.2018
Azərbaycan məhsullarının ixracı artıb
14.11.2018
Azərbaycan Bolqarıstana fındıq və nar şirəsi ixrac edəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info