“Azərbaycan regionda siyasi və iqtisadi güc mərkəzinə çevrilib”
Tarix: 29.11.2017 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniyanın Sədlbək Kollecinin dəvəti ilə həmin kollecin tələbə və müəllim heyəti qarşısında ölkəmizə dair geniş mühazirə ilə çıxış edib.
N.Ağayev çıxışında Azərbaycanın zəngin tarixi, mədəni irsi və yerləşdiyi coğrafi məkan barədə iştirakçılara məlumat verərək, Sovet İttifaqının süqutundan sonra ölkəmizin keçdiyi inkişaf və çağdaşlaşma yolundan bəhs edib.
Diplomat Azərbaycan xalqının 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanı təsis edərək, dünya xalqlarının mütərəqqi tarixində öz layiqli yerini tutduğunu qeyd edib. Azərbaycanda qədim dövrlərdən etibarən etnik və dini icmalar arasında, bu səpkidə ölkədəki müsəlmanlar, xristianlar və yəhudilərin qarşılıqlı münasibətlərində güclü tolerantlıq və qarşılıqlı ehtiram ənənələrinin olduğunu bildirən baş konsul bu ənənələrin bu gün Azərbaycan rəhbərliyinin xüsusi diqqəti və hərtərəfli dəstəyi ilə inkişaf edərək, yüksək səviyyəyə çatdığını və bütün dünyaya örnək olduğunu vurğulayıb.
Baş konsul, həmçinin çıxışında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.
N.Ağayev aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanın bu gün regionda siyasi və iqtisadi güc mərkəzinə çevrildiyini söyləyib. O, Azərbaycanın ABŞ, region dövlətləri və ümumilikdə beynəlxalq birlik ilə münasibətləri barədə iştirakçılara məlumat verib.
Sonda baş konsul tədbir iştirakçılarının suallarını cavablandırıb.
Baş konsul tədbirdən sonra Sədlbək Kollecinin rektoru Qreqori Anderson ilə görüşüb.
Kaliforniyanın Orenc vilayətində yerləşən Sədlbək Kolleci 1968-ci ildən fəaliyyət göstərir və indiyədək 500 mindən çox məzunu var. Universitetdə müxtəlif istiqamətlər üzrə 160-dan çox proqram tədris olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info