“İran-Rusiya-Azərbaycan danışıqları tranzit məsələlərinə aiddir”
Tarix: 29.11.2017 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


İran, Rusiya və Azərbaycan arasında üçtərəfli danışıqlar tranzit məsələlərinə aiddir. APA-nın Tehran bürosunun məlumatına görə, İran prezidenti Həsən Ruhani bu sözləri ötən axşam dövlət televiziyasının efirində hökumətin 100 günlük fəaliyyəti ilə bağlı hesabatını açıqlayarkən deyib.
 
Enerji sahəsində əməkdaşlıqdan danışan H.Ruhani İranın həm qaz, həm də neft swap əməliyyatlarının həyata keçirdiyini qeyd edib: “Bu tranzit daha çox faydalı ola bilər.  Şimal-cənub dəhlizi bizim üçün çox önəmlidir.  İran, Azərbaycan və Rusiya arasında üçtərəfli danışıqlar tranzit məsələsinə aiddir.  Bu əsasda bizim Hindistan, Pakistan və Əfqanıstanla da danışıqlarımız davam edir və bu danışıqlar da tranzit məsələləri ilə bağlıdır.   Çabahar limanına  1 milyard dollardan çox sərmayə yatırmışıq və bir çox ölkələr var ki, Çabahar limanına sərmayə yatırmağa hazırdır”.  
 
H.Ruhani Çabahar limanına dəmir yolunun uzadılması layihəsinin 25 faizinin artıq icra edildiyini qeyd edib: “Tranzitin mehvəri Tehran, Qəzvin və Astaradır və bu istiqamət gündəlikdədir.  Qəzvin-Rəşt dəmir yolu üçün maliyyə vəsaitinin bir hissəsini biz təmin etdik, 50 faizini isə Azərbaycan Respublikası  öhdəsinə götürdü. Bu dəmir yolu Çabahar limanından  Astaraya və oradan da  Qara dənizə kimi uzadılacaq. İran  sözün həqiqi mənasında regional mərkəz rolunu oynayır və bizim elektrik enerjisinin mübadiləsinə dair nəhəng layihələrimiz var”. 




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info