Gənclər fikir mübadiləsi aparıblar
Tarix: 29.11.2017 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının inzibati binasında “Muxtar respublikanı necə tanıdırıq?” mövzusunda təşkil edilən “dəyirmi masa”da fəal gənclər doğma yurdumuzun təbliği ilə bağlı görüləcək işlər barədə fikir mübadiləsi aparıblar.
AZƏRTAC xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxış edərək, turizmin insanların daim maraqlandığı sahələrdən biri olduğunu bildirib. Buna görə də son dövrlərdə çoxsaylı turizm sahələri inkişaf etdirilməkdədir. Turizm səfalı təbiət, tarix, mədəniyyət, qonaqpərvərlik və təhlükəsizlik amilləri üzərində qurulur. Hansı ki, sadaladığımız amillər artıq muxtar respublikada bu sahənin davamlı inkişafı baxımından əsl təməl rolunu oynayır. Məmməd Babayev gənclərin Naxçıvanın turizm imkanlarının tanıdılmasında fəal olmalarının əhəmiyyətini qeyd edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli çıxış edərək bildirib ki, muxtar respublika böyük turizm potensialına malikdir. Qədim tarixə, zəngin mədəniyyətə, gözəl təbiətə malik olması müasir dövrdə Naxçıvanı turistlər üçün daha cəlbedici edir. Bu gün qədim diyarın turizm potensialının tanıdılmasında gənclərin üzərinə böyük vəzifə düşür.
Gənclərin virtual məkanın imkanlarından daha geniş istifadə etməsinin vacibliyini vurğulayan Tahir Məmmədli deyib ki, bu gün sosial şəbəkələr çox əhatəli şəkildə gənclərin həyatına sirayət etməyə başlayıb. Müxtəlif internet saytları muxtar respublikanın turizm imkanlarını təbliğ etmək baxımından çox faydalı hesab edilir. Getdikcə bu məqsədlə sosial şəbəkələrə qoşulan gənclərimizin sayı daha da artır, yeni-yeni qruplar yaradılır. Çalışmaq lazımdır ki, hər bir gənc bu işdə fəal olsun, yaşadığı bölgənin gəzməli-görməli yerlərini tanıtsın.
“Dəyirmi masa”da Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Əkbər Novruzov qeyd edib ki, muxtar respublikanın hər yerində, hətta ən ucqar dağ kəndlərində belə, əlverişli infrastrukturun qurulması Naxçıvanda turizmin hərtərəfli inkişafına şərait yaradıb. Bu mənada, qədim diyarda kənd yaşıl turizmi üçün də geniş imkanlar var.
Sosial şəbəkələrdə Naxçıvanın turizm potensialının təbliğ edilməsinin əhəmiyyətini diqqətə çatdıran Əkbər Novruzov vurğulayıb ki, elektron resurs istifadəçiləri hazırda dünyada baş verən prosesləri, əsasən virtual məkanın imkanlarından yararlanmaqla öyrənirlər. Digər əcnəbi ölkə vətəndaşları da ölkəmiz və muxtar respublika haqqında müəyyən məlumatlara belə resursların vasitəçiliyi ilə malik olurlar. Bu gün muxtar respublikamızla bağlı həqiqətlərin sosial şəbəkələrdə təbliği aparılır, regionun müasir həyatı ilə bağlı məlumatlar öz əksini tapır. Lakin bu sahədə görəcəyimiz işlər hələ çoxdur.
Sonra gənclər Naxçıvanın turizm potensialının təbliği ilə əlaqədar diskussiyalar aparıblar.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info