“Rəqs et!” layihəsi davam edir
Tarix: 29.11.2017 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və "İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə baş tutacaq “Rəqs et!” layihəsinə hazırlıq mərhələsi davam edir.
Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi Elvin Səhətbəylinin rəhbərliyi ilə həyata keçirilən “Rəqs et!” layihəsi Azərbaycanda yerli və beynəlxalq rəqslərin təbliğinə yönələn bir layihədir. Layihə çəçivəsində müxtəlif rəqslərdən ibarət olan video çarx ərsəyə gətiriləcəkdir. “Rəqs et!” layihəsinin ana hədəfi yaradıcı gənclərin cəmiyyətə tanıdılmasıdır. Bundan irəli gələrək “Rəqs et!” layihəsi çərçivəsində yerli və əcnəbi gənclərin iştirakı ilə 10 müxtəlif rəqslər lentə alınır. Ərsəyə gətirilməsi planlaşdırılan video çarxda gənclərin istedadlarının üzə çıxarılması məqsədi ilə bu janrlar üzrə rəqslər oynanılır: milli rəqs, hip hop, latin amerika, grand jete, break dance, finger tut, liquid dance, rumba, arabesk və electro dance. Sonda isə video çarxın KİV nümayəndələri, təşkilat nümayəndələri və gənclər üçün təqdimat mərasimi keçiriləcək.
Rəqs insanlar arasında ən qədim, həm də ən dramatik ünsiyyət vasitələrindən biridir. O, insanın hiss və həyəcanlarını, yaşantılarını, psixoloji dərketmə funksiyasını, müstəqil düşünmə və kəşfetmə qabiliyyətini təzahür etdirən hərəkət növüdür. Hər bir xalqın mədəniyyətində önəmli yer tutan rəqs sənəti Azərbaycan incəsənətinin ən qədim və zəngin qoludur. Milli Azərbaycan rəqslərində xalqın özünəməxsusluğu, adət-ənənələri, inkişaf səviyyəsi əks olunur. Həmçinin beynəlxalq rəqslərdə özünəməxsus yer tutur və zənginliyi ilə seçilir. Bütün bunları nəzərə alaraq “Rəqs et!” layihəsini həyata keçirərək milli və beynəlxalq rəqslərin təbliğini aparmaq, istedadlı gənclərin üzə çıxarılmasında vasitəçi rol oynamaq da layihənin ana məqsədlərindəndir.
Qeyd edək ki, layihənin ünvanlandığı əsas hədəf kütləsi rəqs sahəsində istedadı olan yaradıcı gənclərdir.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info