Pakistanda keçirilən sərgidə Azərbaycan da təmsil olunub
Tarix: 29.11.2017 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


İslamabad şəhərində Pakistan Xarici İşlər Nazirliyi tərəfindən 28 noyabr-İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Günü münasibətilə təşkil olunan sərgidə Azərbaycanın Pakistandakı səfirliyi də iştirak edib.
AZƏRTAC xəbər verir ki, Pakistanın Planlaşdırma Komissiyası sədrinin müavini, sabiq xarici işlər və maliyyə naziri Sartac Əziz, Pakistan Milli Assambleyası Xarici İşlər komitəsinin sədri Maxdum Xusro Bəxtiyar, Senatının Xarici İşlər komitələrinin sədri xanım Nuzhat Sadiq, Xarici İşlər katibi Təhminə Cancuan, xarici ölkələrin Pakistandakı səfirləri, digər diplomatların və aparıcı media nümayəndələrinin qatıldığı sərgidə İƏT-in üzvü olan ölkələrin səfirlikləri öz ölkələrinin tarixi, mədəniyyəti, iqtisadi vəziyyətini əks etdirən materiallar nümayiş etdiriblər.
Tədbirdə çıxış edən qonaqlar - Sərtac Əziz, Maxdum Xusro Bəxtiyar, Nuzhat Sadiq və Təhminə Cancua İƏT-in yaranma və inkişaf tarixindən, təşkilatın region ölkələrinın siyasi, iqtisadi və mədəni əməkdaşlığında, həmçinin sülh və təhlükəsizliyin qorunmasında oynadığı mühüm roldan danışaraq, mövcud əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.
Sonra iştirakçılar İƏT üzvü ölkələrin sərgilərinə baxıblar.
Səfirliyimizin sərgisində Azərbaycanın dövlətçilik tarixi, iqtisadi inkişafı, mədəni dəyərlərini təcəssüm etdirən kitablar, fotoşəkillər və suvenirlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info