Bakı Heyvanat Parkının yeni sakinləri
Tarix: 29.11.2017 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


Noyabrın 27-də Bakı Heyvanat Parkının yeni sakini dünyaya gəlib. Zooparkın ən gənc sakini iki gün əvvəl doğulmuş makaka rezusdur. Bundan başqa Sultan toyuğu, Avstriya keçisi, Kamerun keçisi, uzunquyruq meymunlar arasında yeni dünyaya gələnlər var. Zooparkın “qoca” sakinlərinə isə 16-18 yaşlı qonur ayı, dəvə və aslanları misal göstərmək olar.
Bu barədə zooparkın zooloji şöbəsinin müdiri Pərvanə Səfərova AZƏRTAC-a məxsusi müsahibəsində məlumat verib.
Hazırda Bakı Heyvanat Parkında 159 növdə 1400-dən artıq heyvan saxlanılır. Parkda ölkəmizin ərazisində rast gəlinməsə də, adları “Qırmızı Kitab”a düşən heyvanlar da var. Bura üz tutan hər kəsin pələng, yaquar, leopard, Afrika aslanları, ilan, Dağıstan turu kimi heyvanları yaxından görmək imkanı var.
Şöbə müdiri onu da qeyd edib ki, Bakı Heyvanat Parkı hər il əlil və xəstə uşaqların zooparkı ziyarət etmələri, canlı aləmin nümayəndələri ilə yaxından tanış olmaları üçün onların bura təmənnasız daxil olmasına şərait yaradır.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info