İsveç rəsmisi Quba Soyqırımı məzarlığını ziyarət edib
Tarix: 29.11.2017 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


İsveçin Dini icmalara dəstək üzrə Dövlət Agentliyinin sədri Ake Goranssonun başçılıq etdiyi nümayəndə heyəti Quba Soyqırımı məzarlığını ziyarət edib.
 
Qonaqlara bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan kompleksin açılışı 2013-cü il sentyabrın 18-də olub. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
 
Ake Goransson məzarlıq haqqında əvvəllər məlumatlı olmadığını, bu barədə birinci dəfə eşitdiyini deyib. Onun sözlərinə görə, dünyanın bir neçə ölkəsində bu tipli məzarlıq görüb: “Bu, bir daha bizə xatırladır ki, insan övladı öz hərəkətləri hansı qəddarlıqlara və dəhşətlərə gətirib çıxara bilər. Bu məqsədlə biz azərbaycanlı həmkarlarımızla düşünürük ki, bu münaqişələri necə sülh yolu ilə həll edə bilərik. Ümumiyyətlə, 20 əsr bütün dünyada müharibələrlə dolu olub. Bizim burda gördüklərimiz bir daha bizə xatırladır ki, dünyada ölkələr və insanlar arasındakı heç bir problemli məsələni müharibə yolu ilə həll etmək olmaz”. 
 
O, Qubaya gəlişi zamanı Qırmızı Qəsəbədə yaşayan yəhudi icması ilə görüşdüklərini, onların öz adət-ənənələrini qoruyub saxlamalarını, yaşayış tərzləri ilə bağlı maraqlı məlumat əldə etdiklərini deyib. “Onlarla görüşlərdən sonra belə qənaətə gəldik ki, onlar Azərbaycanın tolerant, multikultural bir ölkə olduğu fikri ilə tam razıdırlar. Bu dini icmaların nümayəndələri Azərbaycanı belə bir ölkə kimi qəbul edirlər”.  
 
İsveçin Dini icmalara dəstək üzrə Dövlət Agentliyinin sədri Azərbaycana səfərinin əsas məqsədinin azərbaycanlı tərəfdaşlarla görüşmək, fikir mübadiləsi aparmaq olduğunu deyib.  
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info