Səfir Ankarada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb
Tarix: 29.11.2017 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Türkiyədəki səfiri Xəzər İbrahim qardaş ölkənin paytaxtındakı ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.
Səfirlikdə keçirilən görüşdə Azərbaycan dövlətinin təhsil və gənclər siyasətinin ayrı-ayrı istiqamətləri barədə fikir və mülahizələrini bölüşən X.İbrahim diqqətə çatdırıb ki, ali təhsil alan hər bir gəncin borcu, ilk növbədə, bilik və savadını yüksəltmək, özünü müasir dövrün tələblərinə uyğun kadr kimi formalaşdırmaqdır. Dünyanın hansı yerində yaşamasından, təhsil almasından, işləməsindən asılı olmayaraq hər bir azərbaycanlı öz ölkəsinə və xalqına bağlı olmalı, vətənimizə dair proseslərə biganəlik göstərməməlidir. Diplomat qeyd edib ki, Azərbaycan dövləti xaricdə olan bütün vətəndaşlarının, o cümlədən tələbələrin problemlərinin həllinə, eləcə də hüquqlarının qorunmasına böyük diqqət göstərir.
Sonda tələbələrin sualları cavablandırılıb. Səfirliyin təhsil üzrə müşaviri Nəcibə Nəsibova görüşdə iştirak edib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info