Bakı Ali Neft Məktəbi Bolqarıstanın üç tanınmış universiteti ilə əməkdaşlıq edəcək
Tarix: 16.05.2013 | Saat: 21:41:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun dəvəti ilə Bakıda səfərdə olan Bolqarıstanın neft-qaz və kimya sahəsində tanınmış üç universitetinin rektorlarından ibarət nümayəndə heyəti (“Professor Doktor Assen Zlatarov” Universiteti- rektor professor Petko Petkov, Qabrovo Texniki Universiteti- rektor Rayçoİlarianov və Sofiya Texniki Universiteti- prorektor İvan Kralov) və Bolqarıstanın Azərbaycandakı səfiri xanım Maya Hristova Bakı Ali Neft Məktəbində olublar.
Rektor E.Qasımov Azərbaycan və Bolqarıstan arasında hər zaman isti və dost münasibətin olduğunu bildirib. O qeyd edib ki, bu gün dövlət rəhbərlərinin həyata keçirdikləri doğru, üzaqgörən siyasətin nəticəsi olaraq, ölkələrimiz arasında olan siyasi, iqtisadi və digər əlaqələr günü-gündən inkişaf etməkdədir. Daha sonra Bakı Ali Neft Məktəbi haqqında qonaqlara ətraflı məlumat verən rektor bildirib ki, Bakı Ali Neft Məktəbinin yaranmasında əsas məqsəd günü-gündən inkişaf edən ölkəmiz, eyni zamanda istər Azərbaycanda, istərsə də xaricdə fəaliyyətini genişləndirən və artıq transmilli şirkətə çevrilən ARDNŞ üçün beynəlxalq standartlara cavab verən, ingilis dilli kadrların hazırlanması olub. Ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edən E.Qasımov bildirib ki, Avropa təhsil sisteminin tələblərinə uyğun yaradılmış Bakı Ali Neft Məktəbinin önəm verdiyi əsas məsələlərdən biri də Avropanın aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır. Qısa müddət ərzində bu istiqamətdə aparılan işlər barəsində qonaqlara ətraflı məlumat verən rektor qeyd edib ki, Bolqarıstanın mühəndislik sahəsində fəaliyyət göstərən universitetləri ilə də əməkdaşlıq etmək ali məktəb üçün önəmlidir. Bolqarıstan səfiri qeyd edib ki, Bakı Ali Neft Məktəbi yeni yaradılmasına baxmayaraq, qısa müddət ərzində yüksək nailiyyətlər əldə edib. Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayan səfir, təhsil sahəsində də əməkdaşlıq etməyin önəmli olduğunu bildirib. Tədbirdə çıxış edən rektorlar BANM ilə bir çox sahələrdə əməkdaşlıq etməkdə maraqlı olduqlarını və bu əməkdaşlıq çərçivəsində hər iki tərəf üçün faydalı işlər görülə biləcəyini bildiriblər. Tədbirin sonunda rektorlar tələbə və müəllimlərin mübadiləsi, tədris proqramlarının inkişafı, birgə tədqiqatlar və elmi məqalələrin mümkün mübadiləsi, seminarların, konfransların və digər tədbirlərin təşkilində qarşılıqlı yardım, akademik nəşr materiallarının və digər informasiyaların mübadiləsi, müəyyən edilmiş inkişaf sahələri üzrə təlim layihələri çərçivəsində əməkdaşlıq, o cümlədən diplomlu və diplomsuz kurslar üzrə əməkdaşlıq imkanları sahəsində memorandum imzalayıblar.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info