“Azərbaycanla siyasi dialoqun və dostluğun inkişafından məmnunuq”
Tarix: 29.11.2017 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanz ilə görüşüb.
 
XİN-in mətbuat xidmətindən  verilən məlumata görə, nazirlər 2017-ci ilin Kosta Rika və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi ilə əlamətdar olduğunu qeyd edərək, ötən 20 il ərzində iki ölkə arasında mövcud siyasi dialoq və qarşılıqlı anlaşmanın müsbət inkişafından məmnunluq ifadə ediblər. E. Məmmədyarov Kosta Rikanın Azərbaycanda səfirlik təsis etmə qərarının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O, iyun ayında Kosta Rikaya rəsmi səfərini xoş təəssüratlarla xatırlayaraq keçirilmiş məhsuldar görüşlərin, səfər çərçivəsində baş tutmuş siyasi məsləhətləşmələri iki ölkə arasında münasibətlərin müxtəlif sahələrində irəlilədilməsinə töhfə verəcəyinə ümidvar olduğunu deyib.
 
Nazirlər ikitərəfli münasibətlərin irəlilədilməsi baxımından parlament diplomatiyasının xüsusi rol oynadığını bildirərək, parlament nümayəndə heyətlərinin mübadiləsinə dair ortaq təşəbbüslə çıxış ediblər.
 
Manuel Qonzales Sanz Azərbaycanda olmasından və ölkələr arasında siyasi dialoqun və dostluğun inkişafının məmnunluq duyduğunu nəzərə çatdırıb.
 
Nazirlər Azərbaycan və Kosta Rikanın bir-birlərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və dəstəyi bir daha bəyan ediblər. Onlar həmçinin gücdən istifadə ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıblar.
 
Tərəflər iqtisadi-ticarət, turizm, enerji, logistika, limanlar və gəmiçilik, sərmayələrin qoyuluşu və humanitar sahələrdə qarşılqılı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu söyləyərək bu xüsusda işgüzar dairələr arasında birbaşa təmasların təşviqinin vacibliyini qeyd ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info