“Birinci Bakı PR Forumu” keçiriləcək
Tarix: 29.11.2017 | Saat: 20:18:00 | E-mail | Çapa göndər


“Birinci Bakı PR Forumu” keçiriləcək. Azərbaycan PR Mütəxəssisləri Assosiasiyasının (APRA) 28 noyabrda Bakıda keçirdiyi toplantıda bu barədə qərar qəbul edilib. 
“Veysəloğlu Qrup”, “AtaHolding”, “Alibayov Kommunikasiya və Konsaltinq”, Azərbaycan Sahibkarlar Konfederasiyası, “Bakcell”, “Bakı Liman”, “Premark”, “UniBank”, “İcbari Sığorta Bürosu”, “İnci Group”, “HED Academy” və bir sıra digər qurumların nümayəndələrinin iştirak etdiyi bu toplantıda APRA-nın 2018-ci ildə keçirəcək “Birinci Bakı PR Forumu”na hazırlıq işləri müzakirə edilib. 
APRA-nın İdarə Heyətinin sədri, “Veysəloğlu Qrup”un İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə “Birinci Bakı PR Forumu”nu Azərbaycanda ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində çalışan mütəxəssisləri bir araya toplaya biləcək bir platforma kimi düşünüldüyünü bildirib. İ. Məmmədzadə “Birinci Bakı PR Forumu”na ilkin hazırlıq işlərinin artıq başladığını və Forumun keçirilməsində maraqlı olan qurumlarla tərəfdaşlıq və əməkdaşlığa hazır olduqlarını qeyd edib. 
Hər il keçirilməsi nəzərdə tutulan bu Forum PR mütəxəssislərə bilik və bacarıqlarını inkişaf etdirmək, yerli və xarici təcrübəni müqayisə etmək və xarici PR mütəxəsisslər ilə sıx əlaqələr yaratmağa yardım edəcək. 
Qeyd edək ki, Azərbaycanda bir sıra aparıcı qurum və şirkətlərin PR mütəxəssislərini, PR xidmətləri təklif edən şirkət nümayəndələrini özündə birləşdirən APRA 2016-cı ilin may ayında təsis olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib
20.09.2018
Prezidentin köməkçisi: “Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info