Kənd təsərrüfatının inkişafında fermer təsərrüfatlarının rolu artır
Tarix: 29.11.2017 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


Aqrar sektorda aparılan islahatlar, bu sahədə özəl sektorun, o cümlədən fermer təsərrüfatlarının inkişafına göstərilən dövlət dəstəyi bölgələrdə, o cümlədən Ağsu rayonunda kənd təsərrüfatının istər ənənəvi, istərsə də qeyri-ənənəvi sahələrinin inkişafına müsbət təsir göstərir və bu təsir getdikcə artmaqdadır.
Rayonda aqrar sektorun ənənəvi sahələri olan pambıqçılıqda, baramaçılıqda, heyvandarlıqda, bostan-tərəvəzçilikdə son illər dinamik artıma əldə edilib. Belə ki, təkcə cari mövsümdə pambıq istehsalı 2350 tondan çox olub. Bu isə ötən il ərzində yığılan ümumi məhsuldan 2,8 dəfə artıqdır. Hazırda yığım davam edir. Barama istehsalı da ötən ilə nisbətən bir neçə dəfə artıb. Heyvandarlıq da sürətli inkişaf dövrünü yaşayır. Aqrar islahatlar dövründə iribuynuzlu mal-qaranın baş sayı 30428 başdan 40801 başa, davarların sayı isə 94098 başdan 164709 başa çatıb. Ət, süd, yun, yumurta istehsalında da artıq qeydə alınıb.
Əlbəttə, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafında bölgədə fəaliyyət göstərən 18 fermer təsərrüfatının da xüsusi payı var. Məsələn, Gəgəli ərazi vahidində Azad Bağırova məxsus fermer təsərrüfatında hazırda 300 baş iribuynuzlu mal-qara bəslənilir. Burada ümumi məhsuldarlıq rayon səviyyəsindən 0,8 faiz çoxdur. Təsərrüfat bütün yay mövsümündə rayon mərkəzində heyvandarlıq məhsullarının satışını təşkil edib. Fermer A.Bağırov deyib: “Təsərrüfatı genişləndirmək fikrindəyik. Yem bitkiləri əkini sahələrini artırmışıq. Bu yay məhsul satışında bir sıra çətinliklərimiz olsa da, indidən müəyyən tədbirlər görürük. Belə ki, planlarımıza yaxın vaxtlarda qablaşdırma müəssisəsinin açılması da daxildir. Bu müəssisə satışla bağlı problemlərimizi aradan qaldıracaq”.
Digər təsərrüfatlardan biri isə toxumçuluq üzrə ixtisaslaşıb. “Süsən aqro” təkcə bu il 1000 hektar sahədə taxıl yetişdirmişdi. Pivot suvarma sisteminə, qurutma sexinə malik olan təsərrüfatda cari mövsümdə hər hektardan orta hesabla 50 sentner məhsul götürülüb. Bu da ümumi rayon göstəricisindən 2,2 dəfə çoxdur.
Rayonun Ərəbmehdibəy kəndində pambıqçılıq üzrə ixtisaslaşan “Aydan”, heyvandarlıq üzrə ixtisaslaşan “Ruslan” və digər bir sıra fermer təsərrüfatlarının uğurları bölgədə aqrar sektorun dinamik inkişafında önəmli rol oynayır.
Son illər fermer təsərrüfatlarında maddi-texniki bazanın möhkəmləndirilməsi, müasir texnologiyaların tətbiqi, istixanalar vasitəsilə bostan-tərəvəz məhsulları istehsalının genişləndirilməsi istiqamətində ardıcıl işlər görülür. Təkcə bu il 6 hektarda müasir istixana kompleksi istifadəyə verilib. Beləliklə də bu cür istixanaların ümumi sahəsi 11 hektara çatdırılıb.
Şübhə yoxdur ki, yaradılan şərait, göstərilən dövlət dəstəyi yaxın illərdə bölgədə fermer təsərrüfatlarına marağı daha da artıracaq, aqrar sektorda bu cür təsərrüfatları aparıcı qüvvəyə çevirəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Prezident “ADEX-2018” Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
25.09.2018
Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
25.09.2018
Yaxın gələcəkdə Ticarətin Asanlaşdırılması Mərkəzi istifadəyə veriləcək
25.09.2018
Birinci vitse-prezident Mehriban Əliyeva İtaliyaya rəsmi səfərə gedib
25.09.2018
Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info