“Azərbaycanda yəhudilər öz adət-ənənələrini qoruyub saxlayıblar”
Tarix: 29.11.2017 | Saat: 21:04:00 | E-mail | Çapa göndər


XX əsr dünyada müharibələrlə yadda qalıb. Quba soyqırımı məzarlığında gördüklərimiz bizə bir daha xatırladır ki, dünyada ölkələr və insanlar arasındakı problemli məsələləri müharibə yolu ilə həll etmək olmaz.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri İsveçin Dini İcmalara Dəstək üzrə Dövlət Agentliyinin sədri Ake Qoranson Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarəti zamanı jurnalistlərə müsahibəsində bildirib.
Ake Qoranson dünyanın bir neçə ölkəsində bu tipli məzarlıqlarla rastlaşdığını qeyd edib: “Bu, bir daha göstərir ki, insan övladının hərəkətləri hansı qəddarlıqlara və dəhşətlərə gətirib çıxara bilər. Biz azərbaycanlı həmkarlarımızla bu cür münaqişələrin sülh yolu ilə həlli məsələlərini müzakirə etdik.”
Ake Qoranson müsahibəsində Qırmızı qəsəbədə yaşayan yəhudi icması ilə görüşləri barədə də danışıb. “Burada yaşayan yəhudilər öz adət-ənənələrini qoruyub saxlayıblar. Biz dağ yəhudilərinin yaşayış tərzləri ilə bağlı maraqlı məlumatlar əldə etdik. Onlarla görüşlərdən sonra belə qənaətə gəldim ki, dağ yəhudiləri Azərbaycanın tolerant, multikultural ölkə olduğu fikri ilə tam razıdırlar”, - deyə Ake Qoranson bildirib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb
18.01.2019
Umayra Tağıyeva: Küləyin sürəti saniyədə 18-20 metrdən artıq deyil
18.01.2019
Hüquqazidd əməllərə yol verən üç vergi müfəttişi barədə həbs qətimkan tədbiri seçilib
18.01.2019
AzTU-da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib
18.01.2019
ASCO-nun gəmiləri Xəzər dənizində növbətçiliklərini davam etdirirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info