Erməni saytlarında Qərbə tərif deyənlərin sayı artır
Tarix: 29.11.2017 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


Vaxtilə Qafqaza səfər edən almaniyalı səyyah Alfred Kerte ermənilərlə birgə iş görməkdən uzaq olmağı məsləhət görürdü: «Erməni ilə iş qurmaq fikriniz olarsa, onda heç bir sənədləşmə aparmağın əhəmiyyəti yoxdur, siz sonradan, sadəcə, şərlə qarşılaşdığınızı anlayacaqsınız».
Beələliklə, Avropa Birliyi ilə saziş imzalayan Ermənistan rəhbərliyi artıq hər şeyin həll edildiyini, buraya tezliklə Avropa mallarının axacağını, təşkilatın bu müflis ölkəni hər bəladan hifz edəcəyini düşünürlər. Biz əvvəllər də bu millətin etibarsızlığı, himayəsində yaşadığı Rusiyadan az da olsa artıq imtiyaz təklif edən hər hansı bir güclü dövlətin qanadı altına sığınmağa hazır olduğu barədə məlumat vermişdik. Avropa Birliyi ilə bağlanan sazişin Ermənistan üçün hələ yaxın illərdə elə də böyük önəm kəsb etməyəcəyini bildirən erməni ekspert Ara Papyan bağlanan sazişin, sadəcə çərçivə müqaviləsi olduğunu bildirir. Papyanın sözlərinə görə, müqavilə qüvvəyə minmək üçün Avropa Birliyinin səkkiz şöbəsi tərəfindən təsdiq edilməlidir. Lakin ermənilər, deyəsən, indidən ən böyük havadarlarına-Rusiyaya arxa çevirməyə hazırlaşırlar. Ermənistanın «ArmenianReport» saytında yer alan bir yazı da elə bu ruhdadır. Saytın yazdığına görə, müəyyən bir dövlət öz rifahını təmin etmək üçün "rus dünyası" dan ayrılmalıdır: «Ermənilərin "rus dünyasından" xilas olmaq üçün atdığı böyük bir addımın fövqündə, hazırda Putin rejiminin sadiq ... (ermənilərin təhqiramiz ifadəsini yazmaq istəmədik-A,B.) arasında baş verən isteriyanı izləmək gözəldir”.gətirib». Saytda yazan müəlliflər Rusiyada yaşayan və Ermənistanın son addımını tənqid atəşinə tutanları xəyanətkar kimi təqdim edir və onların adlarının əvvəlinə təhqiramiz ifadələr əlavə edirlər.Təhqirə məruz qalanlardan biri də erməni Sergey Qurginyandır. Ermənilərə görə, bu şəxs «heç bir siyasi alim deyil, əksinə , zalım və gerçəkdən Kremlin "danışan başı "dır. Sayt yazır ki, bu gün çoxları amerikalıları günahlandırır, lakin nə Amerika, nə də Qərb Sovet dövlətindən qopan ölkələri dəstəkləyə bilmirlər. Onlar deyirlər: «Ruslardan ayrılın, biz sizi dəstəkləyəcəyik».
Öz ampluasında olan erməni saytı bir növ Qurginyana xitabən, müəyyən bir dövlətin öz xoşbəxt həyatını təmin etməsi üçün "Rusiya dünyasından" qopmasının vacib olduğunu xatırladır: «Bəli, sivil dünyaya atılan bir addımdan sonra növbəti gün uğurlu gəlməyə də bilər. Biz hamımız yaxşı başa düşürük ki, uzun müddət yaxşı bir həyat tərzi qazanmaq üçün çox işləməliyik. Amma bu da həqiqətdir ki, gələcək həyatımız «Rusiya dünyası»nın tərəfdarları ilə birlikdə yaşadığımızdan daha yaxşı olacaq». Amma, deyəsən, ermənilər tərəfindən ruslara vaxtından əvvəl ünvanlanmış ittihamlardır. Sayt bütün bu ittihamlardan sonra, nümunə kimi Baltikyanı, o cümlədən Estoniya və Polşanı öxucularına nümunə kimi göstərir. Ermənilərin iddiasına görə, bu ölkələr məhz «rus dünyası»ndan qopandan sonra belə inkişafa nail ola biliblər. Daha sonra Ukrayna məsələsinə toxunan sayt, «Ukraynalılar, həmçinin, ərazilərin itirilmiş hissəsi - Krım və Donbas üçün də ödənişlər etdi. Amma bu azadlıq üçün ödənişdir»- deyə yazır. Erməni saytının iddiasından belə çıxır ki, Ukrayna Krım və Donbası itirsə də, əvəzində Rusiya təsirindən azad olub... Görəsən ermənilər “azad olmaq” üçün nələri qurban verməyə hazırdırlar?
Beləliklə, bir daha şahidi oluruq ki, azacıq bir mənfəət naminə ermənilər onlar üçün dövlət quran Rusiyanı Qərbə satmağa hər an hazırdırlar.Erməni saytlarında antirus yazıların çoxalması belə bir qənaətə gəlməyə əsas verir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info