Səudiyyə Ərəbistanı: şahzadə Miteb 1 milyard dollar müqabilində azadlığa buraxılıb
Tarix: 29.11.2017 | Saat: 21:56:00 | E-mail | Çapa göndər


Səudiyyə Ərəbistanında miqyaslı antikorrupsiya təhqiqatı üzrə fiqurantlardan biri olan şahzadə Miteb bin Abdullah hökumətə 1 milyard dollar ödədikdən sonra həbsdən azad edilib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, 64 yaşlı Miteb bin Abdullah varis şahzadəsinin yaxın qohumudur. Əvvəllər o, kral taxtına əsas namizədlərdən biri sayılırdı.
Həmçinin korrupsiyaya qarşı mübarizə çərçivəsində həbs olunan daha üç nəfər də xeyli vəsait ödəyərək hökumətlə razılığa gələ bilib. “Financial Times” qəzetinin məlumatına əsasən, bəzi hallarda hökumət şübhəlilərdən varidatlarının 70 faizini tələb edir.
Xatırladaq ki, noyabrın 5-də Səudiyyə Ərəbistanında korrupsiya əleyhinə kampaniya çərçivəsində hakim ailəyə mənsub 11 şahzadə, 4 nazir, həmçinin onlarla sabiq məmur və biznesmen saxlanılıb. Onların arasında dünyanın ən zəngin şəxslərindən biri – “Citigroup” və “Apple” kimi kompaniyaların səhm paketlərinə sahib olan şahzadə əl-Valid bin Talal da var.
Ötən həftə Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman “The New York Times” qəzetinə müsahibəsində saxlanılan yüksək vəzifəli məmurların böyük hissəsinin xəzinəyə təxminən 100 milyard dollar ödəməyə razılıq verdiyini deyib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info